Xarici Mətbuat
Gündəm xarici mətbuat vasitələrində:

Qətər, "Al-Jazeera": "Daxili kəşfiyyat xidməti yaradılacaq "
"TRT Xəbər"in sualları cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım 15 İyul dövlət çevrilişi cəhdindən sonra Gülən terror təşkilatına qarşı əməliyyatlar barədə danışdı. Baş nazirin verdiyi məlumata görə, 35 xəstəxana, 1061 məktəb, 823 yataqxana, 1125 dərnək bağlanaraq əmlakları müsadirə olundu.79 min 900 dövlət işçisi işdən çıxarıldı və barələrində arşdırma başladılanlar"a birlikdə bu rəqəm 84 min 914 olub.Yıldırım: " Barələrində araşdırma başladılanlar"a bağlı işlər davam edir. Günahı olmayanlar işlərinə davam edəcəklər "dedi. Baş nazir" Təhlükə sovuşdu?" sualına " İki təhlükə vardır. Çevriliş təşəbbüsü prezidentimizin və millətimizin qətiyyətli duruşu ilə müvəffəqiyyətsizliyə uğradı, yatırıldı. Ondan sonrakı proses uzun sürəcək. Söhbət 40 ilin təcrübəsi olan qapalı bir təşkilatdan gedir. Burada ciddi bir işə ehtiyac var. Bu çevrilişi ortaya çıxaran səbəblərin ortadan qaldırmaq zaman alacaq.Apardığımız işlər bunlardan ibarətdir" cavabını verdi.
Azərbaycan informasiya agentlyi "Trend News": " Düşmənlərə verəcəyimiz ən böyük cavab qardaşlığımızdır"
Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş "53-ci Milli 27-ci Beynəlxalq Hacı Bektaş Vəlini Yadetmə Mərasimləri və Mədəniyyət-İncəsənət Tədbirləri" çərçivəsində Ankaraya gələn İraqlı Bəktaşilər və Albaniya Dünya Bəktaşi Mərkəzinin nümayəndə heyətləri ilə axşam yeməyində bir araya gəldi. Baş nazirin müavini Kurtulmuş müharibələrin, münaqişələrin, mübahisələrin yaşandığı, hələ Orta Şərq coğrafiyasında bir tərəfdən məzhəb, etnik ayrı-seçkiliyin olduğu bir şəraitdə hər zamankından daha çox birliyə ehtiyac olduğunu dilə gətirdi.
ABŞ, VOA: " Türkiyə 38 min məhbusu azad edir"
Türkiyə cəzalarının bitməsinə 2 il qalan 38 min məhbusu azad edir. Bu qərarın səbəbi olaraq dövlət çevrilişi cəhdindən sonra həbs olunanlara cəzaçəkmə müəssisələrində yer açmaq istənilməsi görünür. Fərmanı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Twitter" vasitəsilə açıqladı. Bozdağ bunu "amnistiya" kimi yox, "şərti sərbəstlik" kimi qiymətləndirdi və məhkumların cəzalarının "şərtli sərbəstlik" olaraq davam etdiyini bildirdi.
Rusiya,Sputnik: "İsraillə bağlanan müqaviləyə dair Məclisə təqdim olunan qanun layihəsi qəbul edildi"
"Türkiyə Respublikası ilə İsrail Dövləti Arasında Təzminata dair Müqavilənin Təsdiqlənməsinin Uyğun Olduğuna Dair Qanun Layihəsi" Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasında qəbul edildi. Türkiyə Respublikası ilə İsrail Dövləti Arasında Təzminata dair Razılaşmaya görə, İsrail 31 may 2010-cu il tarixində baş verən Mavi Mərmərə hadisəsində doğmalarını itirən ailələrə təzminat olaraq Türkiyə tərəfindən açılacaq hesaba 20 milyon dollar məbləğində bir dəfəlik ödəniş edəcək.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar