Xarici Mətbuat 15.08.2016

Türkiyǝ gündǝmi ilǝ bağlı xarici mǝtbuat vǝ veriliş orqanlarında ǝks edǝn ǝhǝmiyyǝtli mǝlumatlar

552165
Xarici Mətbuat 15.08.2016

Almaniyanın media quruluşu DW-da ‘Türkiyəyǝ qarşı bu düşmanlıq nǝ üçün?’ başlığı ilǝ dǝrc olan yazıda gedib: Xarici işlər naziri Mövlüt Çavuşoğlu Bild qǝzetinǝ verdiyi müsahibǝdǝ, Avropa İttifaqına üzv ölkǝlǝrinin çevriliş cǝhdindǝn sonra Türkiyədən dəstəyini esirgediklǝrini və Türkiyənin reallıqlarını gözdǝn yayındırdıqlarını ifadǝ edǝrǝk Avropa İttifaqını 'Türkiyə düşmənliyi' ilə ittiham edib. Nazir, Türkiyǝnin Aİ-na tam hüquqlu üzvlük ilǝ ǝlaqǝli şǝrtlǝri yerinǝ yetirmǝk üçün digǝr ölkǝlǝrdǝn çox daha sǝy etdiyini, baxmayaraq Aİ-nin bir hissəsinin təhdid vǝ təhqirinǝ mǝruz qaldığını ifadǝ edǝrǝk: “Özümə belǝ bir sual ünvanlayıram görǝn günahımız nǝ idi. Türkiyəyǝ qarşı bu düşmǝnliyin sǝbǝbi nǝdir?. İttifaq ilǝ ölkǝm arasında, oktyabr ayından etibarǝt Türklǝrǝ viza rejiminin tǝtbiqinǝ son qoyulmasını nǝzǝrdǝ tutan bir razılaşma imzalanıb. Bunu xatırlatdığımızda bǝzilǝri hiddətə üz tuturlar. Türkiyǝdǝn tǝlǝb olunan hǝr şeyǝ ǝmǝl edilsin, lakin bunun qarşılığında Türkiyə heç nǝ istǝmǝsin deyirlǝr. Belǝ bir şey olmaz” deyǝ vurğulayıb.

İngiltərə xəbər agentliyi Reuters Ağ Evǝ istinadǝn verdiyi xǝbǝrindǝ vitse-prezident Bidenin Türkiyəyə səfər edəcǝyini bildirib.

Agentliyin xǝbǝrinǝ ǝsasǝn, Ağ Evdən verilǝn açıqlamada ABŞ vitse-prezidenti Joe Biden cari ayın sonunda Türkiyəyə reallaşdıracağı sǝfǝr çǝrçivǝsindǝ prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binali Yıldırım ilə bir araya gǝlǝcǝk. Bidenın 24 avqustda baş tutacaq sǝfǝri, uğursuzluqla nǝticǝlǝnǝn 15 İyul çevriliş cǝhdindǝn sonra ABŞ-dan Türkiyǝyǝ yüksǝk seviyyǝdǝ edilǝn ilk ziyarǝt olacaq. Reuters hǝmçinin bildirib ki, Türk mətbuatında ǝks edǝn xǝbǝrlǝrǝ görǝ Baş nazir Binali Yıldırım şənbə günü verdiyi açıqlamada, Fəthullah Gülənin Türkiyǝyǝ qaytarılması mövzusunda rǝsmi Vaşinqtonun mövqeyinin mülayimlǝşdiyini deyib.

ABŞ media quruluşlarından politico jurnalda ǝks edǝn, ‘Obama Türkiyə ilǝ barışmaq istəyir’ başlıqlı mǝqalǝdǝ gedib: “Obama rəhbərliyi, barışmaq üçün vitse-prezident Joe Bideni Türkiyəyə göndərir. Gümanki Biden, Washington ilə Ankara arasında tarıma çǝkilǝn gərginliyin yüngüllǝşmǝsi üçün sǝy edǝcǝk”.

ABŞ vitze-prezidenti Joe Bidenin strateji mövqedəki NATO müttəfiqi olaraq adlandırdığı Türkiyəyə səfərinin uğursuzluqla nǝticǝlǝnǝn çevriliş cǝhdindǝn bir ay sonra reallaşdıracağına diqqət çǝkilǝn yazıda, səfərin iki ölkə arasındakı gərginliyin artdığı bir dövrdǝ tǝşkil edilǝcǝyi vurğulanıb.

Venesuela veriliş orqanı Telesur, ‘Türkiyə Və İran, Suriyadakı böhranla maraqlanmaq üçün mövqelərini birləşdirir’ başlıqlı xǝbǝrindǝ bildirib ki: Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, paytaxt Ankarada, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilǝ görüşüb. İki hǝmkar Suriyanın ərazi bütövlüyünün qorunması ilǝ bağlı problemlǝrin hǝlli mövzusunda güçlü ǝmǝkdaşlıq qǝrarına gǝlib. Danışıqlardan sonra tǝşkil edilǝn mǝtbuat konfransında Mevlüt Çavuşoğlu, Türkiyǝ vǝ İran hökumǝtlǝrinin Suriya ilǝ ǝlaqǝli bǝzi mövzularda razılaşdığını, bu çǝrçivǝdǝ terroristlərə qarşı birgǝ mübarizǝ başladıla bilǝcǝyini qeyd edib. Terrorist təşkilatlara qarşı ortaq mübarizənin vacib olduğunu ifadǝ edǝn Çavuşoğlu, sülhün bǝrpası vǝ Suriyadaki vǝziyyǝtin sona çatması üçün iki ölkǝ arasında güçlü ǝmǝkdaşlığa zǝrurǝt olduğunu vurğulayıb. İranlı nazir dǝ öz növbǝsindǝ bildirib ki, “Suriya ǝrazilǝrindǝ terrorun sona çatdırılması mövzusunda Türkiyǝ ilǝ hǝmfikirik. Suriya, öz gələcəyini bǝrpa etmǝlidir. Lakin DEAŞ vǝ əl Nusraya qarşı mübarizǝdǝ ǝmǝkdaşlıq etmǝli”.



Әlaqәli Xәbәrlәr