Xarici Mətbuat 11.08.2016

Xarici mǝtbuat vǝ veriliş orqanlarında Türkiyǝ gündǝminǝ dair ǝks edǝn xǝbǝrlǝr

549817
Xarici Mətbuat 11.08.2016

ABŞ, Xəbər Agentliyi AP, prezident Rǝcǝb Tayyıb Ərdoğanın ‘Gülənǝ dǝstǝk verǝnlǝri bildirmǝk vǝtǝn borcudur’ sözünü başlıq olaraq istifadǝ etdiyi xǝbǝrdǝ bildirib: “Türkiyənin dövlǝt başçısı Ərdoğan , Türk ixracatçılardan ibarǝt olan bir qrup iş adamını qǝbulu zamanı, Fetullahci terror təşkilatı Paralel dövlət idarǝçiliyi (feto / PDY)-nin ABŞ-da yaşayan quldur başçısını dǝstǝklǝdiklǝrindǝn şübhə edilǝnlǝrin tutulmaları üçün səlahiyyətlilərə məlumat verilməsi haqda çağırış edib vǝ bunun vǝtǝnpǝrvǝrlik borcu olduğunu vurğulayıb”.

Fransa xəbər agentliyi AFP-nın “Türkiyənin Nato üzvlüyü müzakirə mövzusu deyil” başlıqlı xǝbǝrindǝ gedib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Ankarada prezident administrasiyasında mǝtbuata verdiyi açıqlamada Türkiyənin NATO-nun güclü müttǝfiqlǝrindǝn biri olduğunu Rusiya ilǝ ǝlaqǝlǝrin normallaşmağa başlanmanın buna alternativ təşkil etmədiyini, bu mǝsǝlǝnin müzakirǝ mövzusu belǝ edilǝ bilmiyǝcǝyini qeyd edib. NATO-nun nümayǝndǝlǝrindǝn Oana Lungescu da verdiyi açıqlamada “Türkiyənin NATO-ya üzvlüyü müzakirə mövzusu ola bilmǝz. NATO, Türkiyənin davam edǝn dǝstǝyini yüksǝk qiymǝtlǝndirir. Türkiyənin dǝ NATO-nun həmrəylik vǝ dəstəyinə güvənmǝmǝsi üçün heç bir sǝbǝb yoxdur.

İranın İRİB mǝtbuat orqanı “Suriya ilə əlaqədar addım atacağıq” başlıqlı xǝbǝrindǝ, Türkiyə Baş naziri Binali Yıldırımın, anlaşılmazlıqlara son qoymaq üçün bölgə ölkələriylǝ daha güçlü ǝmǝkdaşlıq edǝcǝklǝrini, İsrail ilə problemləri hǝll etdiklǝri kimi digər ölkələrlə də dialoq yaradmaqda sǝy göstǝrilǝcǝyini vurğuladığını bildirib. Yıldırımın, Türkiyə- Rusiya arasındakı ǝlaqǝlǝrin normallaşdırıldığını, Suriya vǝ bölgənin digər ölkələri ilǝ  də güçlü dialoqlar yaradılacağını, bunun üçün lazımlı addımların atılmasına dair qǝrar qǝbul etdiklǝrini sǝslǝndirdiyini  xatırladıb.

Rusiyanın Sesi Radiosu bildirib: 9 avqustda Ərdoğan-Putin arasında baş tutan görüşdǝn sonra, ABŞ dövlǝt katibliyindǝn verilǝn açıqlamada Prezident Ərdoğanın Rusiya Dövlət Başçısı Putin ilə görüşünün Washington-Ankara arasındakı ǝlaqǝlǝrǝ mǝnfi tǝsir etmiyǝcǝyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr