Xarici mətbuat 09.08.2016

ABŞ, “Newsweek”,Yaponiya, “Yomiuri Shimbun”,Almaniya, “Deutsche Welle Turkish”,İran, “Press TV”...

548212
Xarici mətbuat 09.08.2016

ABŞ, “Newsweek”: “Ərdoğan Türkiyədə müvəffəqiyyətsiz çeviriliş cəhdindən sonra edam cəzasının bərbasını dəstəkləyir”

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bazar günü İstanbulda təşkil edilən mitinqdə iyulun 15-də müvəffəqiyyətsiz çeviriliş cəhdindən sonra xalq və Türkiyə Böyük Millət Məclisinin istəyəcəyi təqdirdə edam cəzasının bərpasını dəstəkləyəcəyini və önünə gəldiyində qərarı təsdiqləyəcəyini deyib. Ərdoğan İstanbulda Yenikapı Meydanında etdiyi çıxışında “Əgər millət belə bir qərar verərsə, (edam cəzasını dəstəkləyən) siyasi partiyaların bu qərarla razılaşacağına inanıram.” sözlərini söyləyib. Türkiyə prezidenti “Hakimiyyət qeyd- şərtsiz millətin olduğuna görə, bunun qərarını da verəcək qurum TBMM-dir. Məclisimiz qərarı verdikdən sonra əvvəlcədən ifadə edirəm, mən bu qərarı təsdiqləyəcəm.”-deyib.

Yaponiya, “Yomiuri Shimbun”: “Türkiyə prezidenti: Yaponiya və başqa ölkələrdə də edam cəzası var”

Türkiyə prezidenti Ərdoğan avqustun 7-də İstanbulda çeviriliş cəhdinə etiraz olaraq keçirilən mitinqdə çıxışında Yaponiya və ABŞ-da da edam cəzasının tətbiqini dilə gətirərək 2004-ci ildə qadağan edilən edam cəzasının yenidən bərpasını düşündüyünü deyib.

Almaniya, “Deutsche Welle Turkish”: “15 iyulla əlaqədar 4 əcnəbi həbs olundu”

Baş nazir müavini və hökumət sözçüsü Numan Kurtulmuş bildirib ki, hadisəylə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 10 xarici vətəndaşdan 4-ü barəsində həbs qətimkan tədbiri seçilib. Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verən Numan Kurtulmuş: “İndiyədək geniş əhatəli bir istintaq aparılmaqdadır. Buna görə də əlimizdəki məlumatlar arta bilər. 10 xarici vətəndaşla bağlı istintaq əməliyyatlarında  məlum oludu ki, FETÖ ilə əlaqələri var. Onlardan 4-ü həbs edilib, 1-i sərbəst buraxılıb, digərlərinin isə işi davam edir.”-deyib. Kurtulmuş istintaq daxilində həbs olunan əcnəbilərin hansı ölkənin vətəndaşları olduğuna dair məlumat verməyib.

İran, “Press TV”: “Ərdoğan və Putin Sankt-Peterburqda görüşəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşmək məqsədiylə St.Peterburqa getdi. Bu görüş Türkiyə ordusu tərəfindən Rusiyaya məxsus döyüş təyyarəsinin vurulmasından sonra iki ölkə liderlərinin ilk görüşü sayılır. Səfər həmçinin Ərdoğanın Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin(FETÖ/PDY) uğursuz çeviriliş təşəbbüsündən sonra ilk xarici səfəri sayılır. Rusiya mediasına müsahibə verən Ərdoğan bunları söylədi: “Fikrimcə bu görüş hər iki tərəfin əlaqələrində əhəmiyyətli bir mərhələ və yeni başlanğıc üçün fürsətdir. Mən şəxsən bütün səmimiyyətimlə Putini və bütün xalqını salamlayıram.”



Әlaqәli Xәbәrlәr