Xarici Mətbuat 08.08.2016
Xarici mǝtbuat vǝ veriliş orqanlarında Türkiyǝ gündǝmdǝki mövzulara ǝhǝmiyyǝtli mǝlumatlar ǝks edib

Qǝtǝr veriliş orqanı Əl Cǝzirǝ “Yenikapı Ruhu” başlıqlı xǝbǝrindǝ, cümhuriyyǝt tarixinin ən böyük meydan mitinqinin İstanbul Yenikapıda keçirildiyini vurğulayıb. 15 iyulda xain çevriliş cəhdinin qarşısını alan milyonlar Türk xalqı bu dəfə dǝ Yenikapıda tarix yazdı. İstanbul Yenikapıda tǝşkil edilǝn mitinqǝ 5 milyon nǝfǝr qatıldı. Prezident Rǝcǝb Tayyıb Ərdoğan, iqtidardakı Ədalǝt vǝ İnkişaf partiyası, CHP və MHP liderləri ilk dəfə eyni mitinq meydanında bir araya gǝldi. Mǝhz ölkǝnin baş qərargah rǝisi ilk dǝfǝ bir mitinqdə milyonların qarşısında çıxış etdi.
Almaniyanın yayım şirkǝti Deutsche Wellein “Ankara-Moskva xəttində yeni dövrǝ qǝdǝm qoyulur” başlığı ilǝ çatdırdığı xǝbǝrdǝ: Xüsusilə 15 İyuldaki çevriliş cǝhdindǝn sonra ABŞ və Aİ-dan uzaqlaşan Türkiyǝ, təxminən 1 ildir siyasi və iqtisadi əlaqələrini dayandırdığı Rusiya ilə yenidən güçlü ǝlaqǝlǝr yaradır. Rusya prezidenti Vladimir Putinin çevriliş cǝhdindǝn dərhal sonra prezident Rəcəb Tayyib Ərdoğana telefon edǝrǝk dəstəyini bildirmǝsi, 24 Noyabr 2015-ci ildə Suriya sərhədində Rusiyaya mǝxsus bir qırıcının Türkiyǝ tǝrǝfindǝn vurulması nǝticǝsindǝ gǝrginlǝşǝn diplomatik və iqtisadi əlaqələrin normallaşması istiqamǝtindǝ yeni bir dövrün başlamasına gǝtirib çıxardı. ABD və Aİ liderlərinin çevriliş cǝhdinǝ qarşı özünǝ və seçilmiş hökumətǝ güçlü dǝstǝk vermǝdiklǝrini sıx sǝslǝndirǝn prezident Ərdoğan, Orta şərqin yenidǝn formalaşdırılması vǝ bölgədə yeni bir enerji ortaqlığının yaradılması mövzusunda Rusiya ilǝ ǝmǝkdaşlıq etmǝk istǝyir. Rus tǝyyarǝsinin vurulması ilǝ iki ölkǝ arasında yaranan böhrandan sonra Ərdoğan ilǝ Putinin 9 Avqustda ilk dǝfǝ St. Peterburqda görüşlǝri nǝzǝrdǝ tutulub. Bu görüş nǝticǝsindǝ Türkiyşǝ vǝ Rusiya arasında yeni bir dövr başlaya bilǝr” deyǝ vurğulanıb.
Rusiyanın media orqanı Sputnik, Bəkir Bozdağın, “ABŞ Fetullah Güləni Türkiyǝyǝ geri qaytararsa, Türkiyǝnin dostluğunu seçǝr” sözünü ön plana çıxardığı xǝbǝrdǝ, Ədliyyǝ naziri Bəkir Bozdağın ABŞ vǝ başqa dövlətlər, mǝhz bunların kəşfiyyat təşkilatları çevriliş cǝhdini, Türk Silahlı Qüvvətləri tǝrkibindǝ olan vǝ Fǝtullah Gülǝnin başlıqıl etdiyi Fetullahçı terror tǝşkilatına mǝnsub quldurlar tǝrǝfindǝn törǝtdildiyinin idrakında olduqlarını hǝr fürsǝtdǝ sǝslǝndirdiyini, Ədalǝt vǝ İnkişaf partiyasının Konya Şǝhǝr söbǝsini ziyarǝti zamanı isǝ bir jurnalistin mövzu ilǝ bağlı ünvanladığı suala, ABŞ-na lazımlı dǝlillǝri göndǝrǝrǝk Gülǝnin Türkiyǝyǝ tǝhvil vermǝlirini tǝlǝb etdiklǝrini vurğuladığını bildirib. Xǝbǝrdǝ hǝmçinin bildirilib ki, Bǝkir Bozdağ, xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə ABŞ-a sǝfǝr edǝcǝyini, bu sǝfǝr çǝrçivǝsindǝ Türkiyənin ǝlindǝki bütün dǝlillǝri Amerikalı sǝlahiyyǝtlilǝrǝ bir dǝ şǝxsǝn tǝqdim edǝcǝklǝrini, ABŞ-ın mövzu ilǝ ǝlaqǝli siyasi qərarının Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilib edilməməsində təsirli olacağını qeyd edib.
İran rəsmi xəbər agentliyi İrnanın xǝbǝrinǝ ǝsasǝn, Brucerdi, çevriliş cǝhdinin uğursuzluqla nǝticǝlǝnmǝsindǝ Türk xalqının ǝhǝmiyyǝtli rolünün olduğunu vurğulayıb.
Xǝbǝrdǝ bildirilib ki, İslami Şura Məclisinin Xarici Əlaqələr və Müdafiə Komissiyasının rǝhbǝri Əlǝǝddin Brucerdi, Türkiyenin Tehrandakı səfiri Rza Hakan Tekin ilǝ bir araya gǝlib. Brucerdi qǝbul zamanı: “Türk hökuməti xalqın dǝstǝyilǝ çevriliş cǝhdini uğursuzluqla nǝticǝlǝndirmişdir. Bu sevindiricidir. Çevriliş cǝhdinin izdirablı bir tǝcrübǝ olmasına baxmayaraq, Türkiyənin gǝlǝcǝklǝ bağlı lazımlı qǝrarları qǝbul etmǝsindǝ tǝsirli olacaq. Bu xain hadisǝdǝn dərslər alacaq” deyǝ qeyd edib.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar