Xarici mətbuat, 04.08.2016

Rusiya, Ria Novosti,Almaniya, xəbər agentliyi DPA,Pakistan, internet saytı Observer, İngiltərə, Reuters...

544972
Xarici mətbuat, 04.08.2016

Rusiya, Ria Novosti: “Ərdoğan çevrilişə cəhdin qarşısını ala bilmədiyi üçün xalqdan üzr istədi”

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkədə çevrilişə cəhd edən xəyanətkarları əvvəldən ortaya çıxara bilmədiyi üçün “Allah və xalqın” hüzurunda üzr istəyib. Növbədən kənar Din Şurasında çıxış edən Ərdoğan “Əgər 17 dekabrdan sonra xüsusilə məhkəmə sistemində gördüyümüz tədbirlər olmasaydı çevriliş cəhdinin əhatə dairəsi  daha geniş olardı. Sadəcə orduya sızan terrorçular deyil, eyni zamanda onların polis idarəsindəki, məhkəmələrdəki və hətta bürokratiya içindəki tərəfdarları bu cəhdə cəlb edilərdi. Buna baxmayaraq xainlərin əsl üzünü vaxtında xalqa göstərə bilmədiyim üçün təəssüflənirəm. Buna görə verilməli hesabımız var. Rəbbim də millətim də bizi əfv etsin.” deyə qeyd edib. Açıq şəkildə elan edirəm ki bu saatdan sonra Pensilvanyada yaşayan fırıldaqçının, quldurbaşçının  sayıqlamalarına qulaq asmağa davam edən hər kəs, başına gələcəkləri bu başdan qəbul etmiş olacaq.  

Almaniya, xəbər agentliyi DPA: “ Ədalət və İnkişaf Partiyasının millət vəkilləri Merkel və digər tanınmış siyasi xadimlərdən Türkiyəni ziyarət etmələrini istədi”

Türkiyədə hakim partiya Ədalət və İnkişaf Partiyasının millət vəkilləri Avropanın qabaqçıl siyasi xadimlərindən Türkiyədəki vəziyyəti öz gözləri ilə görmələrini tələb etdilər. Brüsseldə səfərdə olan Türk millət vəkilləri arasında olan Antalyadan millət vəkili Səna Nur həmin barədə açıqlama verərək deyib ki, dövlət liderləri, nazirlər və Avropa İttifaqı nümayəndələrindən bunu gözlədik ki, xəbərlərdə eşitdiklərinə etibar etmək əvəzinə  Türkiyəyə gəlsinlər. Fransada yaşanan terror  aktlarından sonra göstərilən həmrəyliyin oxşarının çevrilişə cəhddən sonra Türkiyəyə göstərilməməsi bizim ümidlərimizi puça çıxardı. Türkiyədəki çevriliş cəhdi demokratiyaya qarşı yönəldilmiş çox ciddi bir hücum idi.

Pakistan, internet saytı Observer:” Pakistan ilə Türkiyə yaxın zamanda sərbəst ticarət sazişi imzalayacaq”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Pakistanın təklif edilən Sərbəst Ticarət sazişi mövzusunda müzakirələrin üçüncü turunu Ankarada  yekunlaşdırdığını və növbəti turun gələcək ay baş tutacağını söyləyib.  İki ölkə də Sərbəst Ticarət sazişini yaxın zamanda imzalamak istəyir. Mövlud Çavuşoğlu iki ölkə arasındakı iqtisadi əməkdaşlıq və inteqrasiya potensiyalının, iki ölkənin iqtisadi qurğusunun və təşəbbüskarların cəhdləri arasındakı yüksək ahəngə baxmayaraq bundan hələ də yüksək səviyyədə istifadə olmadığını vurğulayıb.

İngiltərə, Reuters: “Türkiyə çevrilişə cəhdən sonra kəşfiyyat təşkilatı və jandarmda sürətli dəyişikliklər edir”

Səlahiyyətlilərin çərşənbə günü verdikləri açıqlamaya əsasən Türkiyə təhlükəsizlik sahəsində çevrilişə cəhdi həyata keçirməkdə ittiham olunan ABŞ-dakı din adamının təqibçilərindən təmizlənməsi məqsədi ilə kəşfiyyət idarəsindəki dəyişikliyi yaxın zamanda tamamlayacaq və jandarmaya yeni təyinlər olacaq.



Әlaqәli Xәbәrlәr