Xarici Mətbuat

Gündəm xarici media vasitələrində

539482
Xarici Mətbuat

ABŞ-ın xəbər portalı Turkishny:” Çavuşoğlu BMT-nin Baş katibinə çevrilişə cəhd haqqında məlumat verdi”

Diplomatik mənbələrdən əldə edilən məlumata əsasən, Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Pan Gi Munun istəyilə reallaşan telefon danışığında Fətullahçı Terror Təşkilatının (FETÖ) çevrilişə cəhdi barəsində məlumat verib. Çavuşoğlu Baş katibə deyib ki, çevrilişə cəhd ordu daxilindəki kiçik bir qrup tərəfindən həyata keçirildi, bu çevriliş uğurlu olsaydı ölkədəki demokratik nizam-intizam tamamilə aradan qalxardı.  Tehlükənin tamamilə ortadan qalxması üçün çevriliş cəhdindən məsul olanların məhkəmə yolu ilə cəzalandırılması vacibdir. Həmin prosesdə hüquqi çərçivədə addımlar atılır və Avropa Şurası kimi beynəlxalq quruluşlarla əməkdaşlıq edilməktədir.

Azərbaycan Trend New Agency: “Nazir Soylu: Maraqlanmayın Fətullah Güləni mütləq geri verəcəklər”

Türkiyənin Əmək və Sosial Təminat naziri Süleyman Soylu çevrilişə cəhddən sonra Rizə şəhərinin Cümhuriyyət meydanında demokratiya keşiyində gözləyən vətəndaşlara müraciət edərək, dünya ölkələrinə Fətullah Gülənin Türkiyəyə qaytarılması üçün kampaniya başlatmalarına dair çağırış edib və deyib ki, maraqlanmayın Fətullah Güləni mütləq Türkiyəyə qaytaracaqlar.

Yaponiya Asani Shimbun: “Türkiyədə konstitusiya dəyişikliyi üçün partiyalar razılaşdı”

Türkiyədəki çevriliş cəhdi qarşısında Dövlət başçısı Ərdoğan ölkədə mövcud partiyalardan HDP-ni çıxmaqla digər üç partiyanın lideri ilə iyulun 25-də bir araya gəldi. Görüşdən sonra hakim partiya Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və Baş nazir Binəli Yıldırım, “Yeni əsas-qanunun hazırlanması istiqamətindəki fəaliyyətlərdə müxalifət partiyaları ilə razılıq əldə etdik.” deyə bildirərək konstitusiya dəyişikliyi üçün müxalifətin düşüncələrinə müraciət edildiyi bildirildi. Türkiyədəki mediaya əsasən Yıldırım görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib ki, ilk olaraq mövcud konstitusiyadakı “maneələri aradan qaldırmaq üçün məhdud dəyişikliklər ediləcək. Detallar haqqında məlumat verilmədi, ancaq idarə sisteminin güçləndirilməsinə dair dəyişiklik olacağı düşünülür.

Rusiya xəbər agentliyi Ria Novosti: Rusiya və Türkiyə kənd təsərrüfatı sahəsində  qarşılıqlı olaraq heyət göndərmək niyyətindədir”

Jurnalistlərə məlumat verən Rusiya Federasiyasının İqtisadiyyat nazirinin müavini Aleksey Lihaçev, “Türkiyənən kənd təsərrüfatı ilə maraqlanan qurumlarından bir heyət gələn həftə Rusiyaya gələ, rus heyət isə Türkiyəyə gədə bilər.” deyib.Tərəflər  iki ölkənin fitosanitar və baytarlıq nəzarəti orqanları arasında əməkdaşlığın aktivləşdirilməsinə və yaxın zamanda müvafiq məsləhətləşmələrin aparılmasına dair razılığa gəliblər. Çərşənbə axşamı günü   Rusiya və Türkiyə aylardan sonra turizmdən enerjiyə qədər ikitərəfli əlaqələr sahəsində baş nazir müavinləri və nazirlər səviyyəsində bir sıra görüşlər keçirdi. Konkret nəticələr əldə edilmədi, amma tərəflər yaxın zamanda problem olan bütün sahələrdə ayrı görüşlərin keçirilməsinə dair razılaşdılar.

 



Әlaqәli Xәbәrlәr