Xarici mətbuat 20.07.2016

Gündəm xarici media vasitələrində

533433
Xarici mətbuat 20.07.2016

ABŞ-ın xəbər portalı VOA: “Obama və Ərdoğan telefonla görüşüb”

Rəcəb Tayyib Ərdoğan və Barak Obama telefon görüşündə Türkiyədə hərbi çevirilişə cəhdə dair müzakirələr aparıblar. Ağ Evdən verilən məlumata görə Obama Türkiyədə demokratik yolla seçilmiş vətəndaş hökumətinə dəstəyini ifadə edib. Bildirilir ki, Amerika prezidenti hadisə zamanı Türkiyə xalqının qətiyyət və əzmkarlığından təsirlənib. Bunu xalqın demokratiyaya bağlılığı ilə əlaqələndirib. Bundan başqa Barak Obama Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ölkəsinin çevirilişə cəhdlə əlaqədar aparılan işlərdə dəstəyə hazır olduğunu vurğulayıb

Rusiya Ria-Novosti: “Türkiyənin Baş naziri vətəndaşları təxribatlara uymamağa çağırıb”

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkə vətəndaşlarını hərbi çevirilişə cəhddən sonra sabitliyi pozmaq məqsədini güdənlərin təxribatlarına uymamalarına dair xəbərdarlıq edib. Binəli Yıldırım Ankarada jurnalistlərə müsahibəsində bildirib ki, daha diqqətli olmalıyıq. Çünki ölkədə mövcud vəziyyətdən istifadə edərək öz mənfəətləri naminə təxribat törətmək niyyətində olanlar çoxdur. Belə hallarla üzləşdikdə hər kəs bunun qarşısını almağa çalışmalıdır.

Böyük Britaniya xəbər agentliyi AP: “Türkiyə çevirilişə cəhd edənlərin öhdəsindən tamamiylə gəldiyini deyir”

Rəsmi Ankara hərbi çevirilişə cəhd edənlərin, məsul şəxslərin təsirsiz hala gətirildiyini açıqlayıb. Baş Qərərgahın yazılı məlumatına görə ölkə boyu bütün terror üzvləri bazar günü saat 16.00-dan etibarən tam olaraq zərərsizləşdirilib.

Açıqlamada bildirilir ki, siyasi liderlik, sadiq təhlükəsizlik qüvvələrinin qəhrəmanlığı və xalqın cəsurluğu sayəsində bağrımızda bəslədiyimiz ilanlara layiqli cavab verilib. Baş Nazirliyin rəsmi rəqəmlərinə görə cümə gecəsi baş verən çevirilişə cəhd nəticəsində 232 nəfər həyatını itirib və 1541 şəxs  yaralanıb.

Beynəlxalq Çin Radyosu CRI ONLİNE: “ABŞ və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub”

ABŞ Müdafiə naziri Eşton Karter Türkiyəli həmkarı Fikri İşıqa telefon açıb. Pentaqonun yazılı məlumatına görə Karter ABŞ-ın Türkiyədə demokratik yolla seçilmiş vətəndaş hökumətini dəstəklədiyini bir daha diqqətə çatdırıb. Türkiyənin Müdafiə naziri iki ölkənin DAEŞ və digər terror qruplaşmalarına qarşı birgə mübarizəsində qətiyyətinin davam etdiyini  bildirib. Telefon görüşündə hər iki nazir İncirlik hava bazasında DAEŞ-a qarşı aparılan əməliyyatların əhəmiyyətini vurğulayıblar.

Fikri İşıq əlavə edib ki, DAEŞ-la mübarizəyə qoşulan bəzi ölkələrin müdafiə nazirlərinin ABŞ-da keçiriləcək toplantısında iştirak edə bilməyəcək. Lakin Fikri İşıq və Eşton Karter yaxın günlərdə danışıqları davam etdirəcəklərinə dair razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr