Xarici mətbuat 30.06.2016

Gündəm xarici mətbuat vasitələrində

521498
Xarici mətbuat 30.06.2016

Rusiya xəbər agentliyi İTAR-TASS: “Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi turizm məhdudiyyətini qaldırır”

Rusiya prezidenti Vladimir Putin ölkəsinin ticarət və digər sahələrdə birgə əməkdaşlığın yenidən bərpası məqsədiylə Türkiyə ilə müzakirələrə başlaılmasına dair göstəriş verib. Məsələ dövlət başçısının Nazirlər Kabinetində keçirdiyi müşavirədə müzakirə edilib. Müşavirə Putinin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı telefon görüşündən dərhal sonra keçirilib. Kreml Mətbuat Xidmətinin məlumatına görə tərəflərin təkbətək  görüşü də baş tutacaq. Hər iki ölkənin lideri iyulun 1-də Soçidə reallaşacaq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirlərinin görüşünə dair razılaşıblar. Görüşdə Suriyada mövcud vəziyyətin həlli, bölgədə inkişaf, Rusiya-Türkiyə əlaqələrinin yeni inkişaf mərhələsi kimi aktual məsələlər əsas müzakirə mövzusu olacaq.

Böyük Britaniya BBC: “#PrayforIstanbul: Sosial mediada Türkiyəyə həmrəylik çağırışları edildi”

İstanbul Atatürk Havalımanında törədilən və 42 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nətivələnən terror aktından sonra dünya ölkələri Türkiyəyə həmrəylik mesajları göndərilir. Twitter: #PrayforIstanbul, #PrayforTurkey (Türkiyə və İstanbul üçün dua et) adlı minlərcə etiket paylaşıldı. Paylaşım və şərhlər rekord həddə çatdı.

Almaniya xəbər agentliyi DPA: “Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen cümə günü Türkiyədəki alman əsgərlərinə baş çəkəcək”

Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen “İncirlik” hava bazasında alman əsgərlərini ziyarət etmək məqsədi ilə cümə günü Türkiyəyə səfərə gələcək. Nazir bunu Aşağı Saksoniya əyalətində olan hərbi hissələrdən birindəki çıxışında deyib. Rəsmi Ankara səfəri həftə sonuna təyin edib. Müdafiə naziri Türkiyəli həmkarı Fikri İşıqla çərşənbə günü telefonla söhbətində İstanbul Atatürk Hava limanında baş verən hücuma görə dərin kədər keçirdiklərini bildirib. Nazir Almaniyanın terrora qarşı mübarizədə Türkiyənin yanında olduğuna əmin edib.

İran xəbər agentliyi İRNA: “İran və Türkiyə iqtisadiyyatı bir-birini tamamlayır”

Bunu İranın Ankaradakı səfiri İbrahim Tahiriyan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin baş direktoru Mehmet Mətin Eker ilə görüşündə deyib. Səfir vurğulayıb ki, hər iki ölkənin iqtisadi və elmi inkişafı genişdir və qarşılıqlı təcrübə mübailəsi əhəmiyyətlidir. Bunun isə islam ölkələrinə faydası böyükdür. Görüşdə komitənin 57 İslam ölkəsinə xidmət verdiyi bildirilib. Vurğulanıb ki, Türkiyənin bu ölkələr sırasında daha geniş əməkdaşlıq etdiyi ölkələrdən biri də İran İslam Respublikasıdır.



Әlaqәli Xәbәrlәr