Xarici mətbuat, 24.06.2016

İtaliya, “NOVA”: "İtaliya-Türkiyə əlaqələri", Almaniya, “DW”: "Türkiyə ilə Almaniya arasında İncirlik böhranı", ABŞ, “TURKİSHNY”: "Türkiyədən Şimali Koreyaya qınama", İngiltərə, BBC: "Rusiyadan Türkiyəyə dəvət"

517367
Xarici mətbuat, 24.06.2016

İtaliya, “NOVA”: "İtaliya-Türkiyə əlaqələri"

  Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş ekspert Ömər Çeliklə bir araya gələn İtaliya Nümayəndələr Məclisinin Aİ Siyasəti Komissiyasının sədri Mişel Bordo deyib: "İtaliya ilə Türkiyə arasındakı əlaqələr hər zaman mükəmməl olub. Ankaranın Avropa İttifaqında olma tələbinə baxıldığı zaman iki ölkə arasında dialoqu artırmaq və ikitərəfli əlaqələri möhkəmləndirməyin faydalı olduğunu görürük… Türkiyənin Orta Şərqdə strateji rolu və funksiyası var. İtaliya Türkiyənin bəzi ölkələrlə çətin diplomatik əlaqələrini bərpa etmək və aktiv şəkildə DAEŞ-lə mübarizəsinə səylərini təqdir edir. Köç razılaşmasına imza atan ölkələr öhdəliklərini  yerinə yetirməli, Türkiyə və Avropa arasında hələ də açıq olan bəzi məsələləri həll etmək üçün addımlar atmalıdır."

Almaniya, “DW”: "Türkiyə ilə Almaniya arasında İncirlik böhranı"

  Alman müşavirinin İncirlik Bazasına gəlməsinə icazə verilməməsi Berlində reaksiyaya səbəb olub. Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu: “Hərbi olmayan heyətlərin səfəri uyğun görülməyib”, - deyə Almaniya Müdafiə nazirinin müşaviri Ralf Brauksiepenin İncirlik Hərbi Bazasına gəlməsinə icazə verilməməsinə münasibət bildirib. Çavuşoğlu Ankarada təşkil etdiyi mətbuat konfransında: "Hərbi birliklərdəki əsgərlərdən başqa heç kəsin gəlməsini uyğun görmürük. Bu dəqiqdir. İncirlik Bazasına gələn yalnız hərbi və texniki heyətlərdir. Hərbçi olmayan heyətlərin, xüsusilə, siyasətçilərin İncirlikə səfəri uyğun sayılmır".

ABŞ, “TURKİSHNY”: "Türkiyədən Şimali Koreyaya qınama"

  Türkiyənin Xarici İşlər Nazirliyi Şimali Koreyanın yaxında reallaşdırdığı ballistik raket sınaqlarını qınayıb. Nazirlikdən verilən yazılı məlumata görə, “Pyonqyanq rəhbərliyi beynəlxalq öhdəlikləri pozaraq nüvə raketi sınaqlarıyla regional və beynəlxalq sülhün təhlükəsizliyinə təhdid yaradır. Biz Şimali Koreyanın 22 iyun 2016-cı ildə reallaşdırdığı balistik mərmi testini qınayır, Pyonqyanq rəhbərliyini əlaqədar BMT Təhlükəsizlik Şurasının qərarları öhdəliklərinin tətbiqi və balistik mərmi ilə kütləvi qırğın silahlarına istiqamətli fəaliyyətlərini dayandırmaq üçün çağırış edirik.

İngiltərə, BBC: "Rusiyadan Türkiyəyə dəvət"

  Rusiya Türkiyəni Soçidə 1 iyulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (KEİK) yığıncağına dəvət edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə deyib: "Dəvət Türkiyə Xarici İşlər Nazirliyinə göndərilib. Bu işə başçılıq etmək Rusiyanın vəzifəsidir. Rusiya Xarici İşlər nazirinin müavini Vasili Nebenzya da Türkiyə və Ukrayna Xarici İşlər nazirlərinin KEİK yığıncağında iştirakını gözləyir”. Rusiyanın xəbər saytı “Sputnik”ə məlumat verən Nebenzya, eyni zamanda, Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğluyla təklikdə görüşməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr