Xarici mətbuat, 31.06.2016

Almaniyanın “Deutsche Welle”, Rusiyanın “Sputnik”, İİngiltərənin BBC və İranın FHA xəbər agentliklərinin internet saytlarından

501263
Xarici mətbuat, 31.06.2016

  Almaniya, “Deutsche Welle” internet saytı: "Y.İldırım: Layihəylə bağlı sağlam fikirli yanaşma gözləyirik"

  Almaniya kansleri Angela Merkel Türkiyənin yeni Baş naziri Binali Yıldırıma zəng edərək onu yeni vəzifəsinə görə təbrik edib. Telefonda Yıldırım həmkarına Almaniya parlamentində 2 iyun cümə axşamı günü 1915 hadisələrinin soyqırım adlandırılaraq qərar layihəsi kimi səsverməyə qoyulmasını "haqsız və əsassız" hərəkət olduğunu söyləyib: “Biz Almaniya Məclisində “erməni qanunu”nun müzakirəsini narahatlıqla izləyirik. Sizdən sağlam fikirli yanaşma gözləyirik".

Rusiya, “Sputnik” xəbər agentliyinin internet saytı: "Netanyahu: Türkiyə ilə uzlaşma çox yaxındır"

  İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün görüşlərində razılaşmanın artıq çox yaxın zamanda olacağını söyləyib. “Haaretz”in xəbərinə görə, “İsrailin Baş naziri Ankara ilə münasibətlərin 10 il əvvəlki səviyyəsinə dönməsini gözləmədiyini, əksinə, münasibətlərin normallaşması üçün iki ölkənin regional maraqlarının inkişafına əhəmiyyətli qatqı təmin edəcəklərini qeyd edib. İki ölkə nümayəndə heyətləri arasındakı danışıqlar bir neçə həftə əvvəl keçmiş Baş nazir Əhməd Davudoğlunun istefasıyla təxirə salınıb. Növbəti görüşün həftə boyu bir Avropa ölkəsində gerçəkləşəcəyi söyənilir”.

İngiltərə, BBC internet saytı: "Aylan Kurdinin atasından Avropa İttifaqına giley, Türkiyəyə təşəkkür"

  İtaliya sahillərində keçən həftə batan immiqrant təknələrində 700-dən çox adamın ödlüyü açıqlandıqdan sonra “La Repubblica” qəzeti keçən il Bodrumda cəsədi sahilə çıxan Aylan Kurdinin atası Abdullah Kurdi ilə görüşüb, müsahibə alıb. Abdullah Kurdi oğlu Aylanın fotoşəklinin yaratdığı reaksiyaların anlıq olduğundan şikayətlənib: "İlk günlər Aylanın şəklinin Qərb ictimaiyyətinin ruhunda və siyasət otaqlarında narahatlıq yaratdığı göründü. Amma yenə batan gəmilər, Balkanlarda hörülən divarlar, hökumətlər arasında müzakirələr, gələn xəbərlər əslində reaksiyaların anlıq olduğunu, dəyişən bir şeyin olmadığını göstərir. Türkiyə hökumətinə isə minnətdaram, çünki mənim yurddaşlarıma iş icazəsi, bəzilərinə isə vətəndaşlıq hüququ verdi."

İran, FHA xəbər agentliyinin internet saytı: "Təbriz və İstanbul Bələdiyyə sədrləri görüşdü"

  Təbriz və İstanbul Böyükşəhər Bələdiyyə sədrləri “UCLG MEWA”'da ikitərəfli görüş gerçəkləşdirib. Görüşdə Təbriz Böyükşəhər Bələdiyyə sədri Sadiq Nəcəfi iki şəhərin əlaqələrinin çox əski zamanlara söykəndiyi və İpəkyolu üzərindən bir-biriylə ictimai və iqtisadi əməkdaşlıq etdiklərini xatırladıb, bunun bu gün “İstanbul-Təbriz 2018" turizm layihəsinin həyata keçirilməsində mühüm rol oynayacağını deyib. Görüşdə İstanbul Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaş da öz növbəsində Təbrizin 2018-ci il üçün İslam ölkələri turizm paytaxtı seçilməsi fikrini müsbət qarşıladıqlarını bildirib. Topbaş Təbriz və İstanbul əlaqələrinin inkişafı yolunda heç bir maneə olmadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr