Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

498084
Xarici Mətbuat

İNGİLTƏRƏ BBC TÜRKCƏ internet saytı: Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Ömər Çelik: “Avropa İttifaqı yeganə variant deyil”
 
Türkiyənin Avropa İttifaqı məsələləri üzrə yeni naziri Ömər Çelik Aİ-nin Türkiyə üçün yeganə variant olmadığını söylədi. Nazir vəzifəsini Volkan Bozkırdan təhvil alan Çelik mərasimdəki nitqində Aİ-nin "terrorla mübarizədəki ikili standartlar”a son qoymalı olduğunu bildirdi. Türkiyə-Aİ münasibətləri ilə bağlı münasibətlərin bərabərhüquqlu olduğunu qeyd edən Çelik sözlərinə davam edərək: “Türkiyə üçün Aİ perspektivi çox əhəmiyyətlidir, amma yeganə variant deyil. Bu əlaqəni cənab nazirimizin dövründə olduğu kimi, standartları yüksəldərək, dövlət siyasətinin tələb etdiyi şəkildə həyata keçirməyə çalışacağıq. Volkan Bozkıra bir daha təşəkkür edirəm" dedi. Volkan Bozkır isə Türkiyənin hədəfinin Aİ-yə tam üzvlük olduğunu vurğulayaraq, üzvlük prosesinin ümumi maraqlar çərçivəsində davam edəcəyini qeyd etdi.

 

 KRIM xəbər agentliyi QHA internet saytı "Almanyadan Türkiyə - Aİ razılaşmasına dair açıqlama"
 

 Meseberg Sarayında keçirilən nazirlər kabinetinin iclasından sonra açıqlama verən Almaniya kansleri Angela Merkel qaçqınlara dair müqavilə ilə bağlı olaraq Türkiyə ilə Aİ arasındakı müzakirələrin davam edəcəyini və bütün məsələlərin müzakirə ediləcəyini ifadə etdi. Merkel: "Hər iki tərəfdə  görüşmək istəyi görürəm.  Bu səbəbdən narahat deyiləm. Yalnız problemlərin aradan qaldırılması üçün zamana ehtiyacımız var. Biz Almaniya tərəfi olaraq razılaşmaya sadiq qalacağıq" dedi Digər tərəfdən də Almaniyanın Daxili İşlər Naziri Tomas de Maiziere Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında bir jurnalistin Yunanıstanın Türkiyəni etibarlı ölkə kimi görmədiyini söyləməsi və alman hökumətinin bu məsələdəki fikri ilə əlaqədar sualına Almaniyanın Türkiyənin etibarlı bir ölkə olduğuna inandığını qeyd edərək bunları dedi: "Türkiyənin fövqəladə bir şəkildə 2,5, və ya 3 milyon qaçqını qəbul etməsi təqdiredicidir və tənqid edilməməlidir. Hər bir halda, alman hökuməti bu səbəblərə görə Türkiyənin etibarlı bir ölkə olduğuna inanır".

 AZƏRBAYCAN TREND NEWS AGENCY internet saytı "Türkiyənin enerjidə xaricdən asılılığını azaldacaq əhəmiyyətli layihələrdən biri də həyata keçirilir
 
 "Çanaqqala Geliboludakı "Poyraz Sahəsi"ndə hasil edilən təbii qazın magistral ötürücü xəttinə bağlaması ilə əlaqədar tarix bəlli oldu. Buradan çıxarılan qazı ticari dövriyyəyə daxil edilməsi prosesin 2017-ci ilin martlnda başa çatdırılması nəzərdə tutulur. BOTAŞ-ın paylayıcı şəbəkəsinə veriləcək qaz Türkiyə -Yunanıstan Təbii Qaz Kəmərinə bağlanacaq. Beləliklə,Türkiyə daha az təbii qaz idxal edəcək. Geliboluda yerləşən sahədəki mövcud ehtiyatın 800 milyon kubmetr olduğu bildirilir. Yeni qazılacaq quyuların istismarı nəticəsində qaz ehtiyatlarının artacağı ifadə edilir.

 

ABŞ TURKİSHNY TÜRK-AMERİKAn PORTALI: " Michelle Obama Türk Restoranına Getdi"
 
 Amerika Birləşmiş Ştatlarının birinci xanımı Michelle Obama Vaşinqtonda yeni açılan Türk restoranı Ottoman Meyxanada yemək yedi. Üç həftə əvvəl şəhər mərkəzindəki Mount Kim Meydanında açılan" Ottoman Meyxana (Osmanlı Meyxanası) adlı Türk restoranına Michelle Obamanın gəlməsi ABŞ mediasında əks-səda yaratdı.'Washington Post' qəzeti, iki gün əvvəl restorana gələn MIchelle Obamanın qara rəngli qiyafət geyindiyini: və 12 nəfərlik bir yoldaş qrupu ilə yemək yediyini yazdı. Xəbərdə birinci xanımın Washingtondakı bir çox məşhur və yeni restorana getdiyi və "Obama təsiri " ilə məkanların müştərilərini artırdığı bildirilir.



Әlaqәli Xәbәrlәr