Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

496719
Xarici Mətbuat

AZƏRBAYCAN, APA Xəbər Agentliyi. Ərdoğan: "Hazırkı beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında aciz qalır"

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya Humanitar Forumunun açılış mərasimində çıxış edərkən deyib. Türkiyənin dünyanın 140 ölkəsində inkişaf proqramları həyata keçirdiyi barədə məlumat verən prezident ölkənin 3 milyondan çox suriyalı və iraqlı mühaciri ölkədə qonaq etdiyini də söylədi: “Bu sığınma  prosesi davam etsə də, təhdidlə qarşı-qarşıya qalan kim olursa olsun, qapımızı  insanlara, insanlığa bağlamayacağıq. Hazırki beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında təəssüf ki, zəif qalıb. Bəzi ölkələr bu məsuliyyəti təkbaşına üzərinə götürüb. Artıq hər kəs çiynini bu yükün altına verməlidir. Mövcud münaqişələrin sona çatmasına təkan verməli və yenilərinin başlamasının qarşısını almalıyıq. Beynəlxalq hüququn pozulmasının qarşısını almaq üçün daha çox səy göstərməliyik. İnsanlığa qarşı işlənən cinayətlərin qarşısının alınması üçün əlimizdən gələni edəcəyik. Yerlərindən məhrum olan qadın, uşaq, fiziki məhdudiyyətli insanlara daha çox yardım edəcəyik. Yardımlardan asılılığı azaltmaq və hər millətin öz ayaqları üzərində dura bilməsi üçün daha çox səylərə ehtiyac var”.

 

SERBİYA, "DANAS" qəzeti. "Ərdoğan: Türkiyə üç milyondan cox qaçqına ev sahibliyi edir"
 İstanbulda Birləşmiş Millətlər Təşkilatı tərəfindən 150-dən artıq ölkənin nümayəndəsinin iştirakı ilə bənzəri görülməmiş bir sammit təşkil olundu. Ərdoğan sammitdə qaçqınlara yardımların artırılması üçün digər ölkələrə müraciət etdi.BMT-nin Baş Katibi Pan Gi-Mun isə, yerli xalq və cəmiyyətlərin birbaşa maliyyələşdirilməsinin təmin olunmasında və  ianələrdə mövcud boşluğun aradan qaldırılmasının zəruruiliyini bildirdi.
 

ALMANİYA, DPA İnformasiya Agentliyi: "Xristian Demokratik Birlik Partiyasının sədrinin müavini Armin Laschet bazar ertəsi günü "Passauer Neuen Presse"nin online yayınına verdiyi müsahibəsində Aİ-nin Türkiyə ilə imzaladığı qaçqınlar barəd müqaviləsinin Xristian Sosial Birlik Partiyası (CSU) tərəfindən tənqid olunmasına baxmayaraq: "Aİ-Türkiyə müqaviləsinə ehtiyacımız var və bu müqavilənin davam etdirilməsi üçün səy göstərməliyik" dedi
 

İNGİLTƏRƏ, REUTERS: " Türkiyə Prezident İqamətgahı: Ərdoğan və Merkel qaçqınlar barədə müqavilənin davam etdirilməsi məsələsində razılıq əldə etdilər" 
 
 "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel bazar ertəsi günü qaçqınlar barədə müqavilənin davam etdirilməsi üçün Türkiyə və Aİ qurumlarının səy göstərməsi və Ankaranın terrorla mübarizədəki həssaslığı məsələlərinin müzakirə olunması barədə razılıq əldə etdilər".


 KRIM QHA İNTERNET :"Ukraynalı polislərə Türkiyədə təlim veriləcək"
 
 Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyəyə etdiyi səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü.Pyotr Poroşenko görüş zamanı Türkiyə tərəfi ilə ukraynalı polislərə veriləcək təhsillə əlaqədar razılıq əldə olunduğunu qeyd edərək:"3 min ukraynalı polis yaxın zamanda Türkiyədə təhsil alacaq" deyə bildirdi. Buna əlavə olaraq, Ukrayna və Türkiyə Prezidentləri maşın mühəndisliyi, təyyarə istehsalı və  müdafiə sənayesi sahəsinə aid yeni layihələr barəsində də danışdılar. Eyni zamanda, Poroşenko, ukraynalıların Türkiyədə davamlı qalmaları üçün vizalarının 90 günə qədər artırılması məsələsində də razılıq əldə olunduğunu bildirdi.


 



Әlaqәli Xәbәrlәr