Xarici Mətbuat

Xarici mǝtbuat vǝ veriliş orqanlarında gündǝmlǝ bağlı xǝbǝrlǝr

489339
Xarici Mətbuat

Almaniya Deutsche Wellein (DW) internet saytında, “Terror tərifini müzakirə etmǝk olmaz” başlığı ilǝ yerlǝşdirilmǝş mǝqalǝdǝ gedib: Avropa İttifaqı işlǝri üzrǝ nazir vǝ Başmüzakirǝçi Volkan Bozkır, Strasburqda verdiyi açıqlamada Aİ-nin viza rejiminin lǝğv edilmǝsi üçün Türkiyədən yerinə yetirməsini istədiyi son beş şǝrtdǝn biri olan “terrora qarşı mübarizə qanunundakı 'terror' tərifinin dəyişdirilməsi məsələsinə” toxunub vǝ terror tǝrifinin müzakirǝ mövzusu edilmǝsinin mümkün olmadığını vurğulayıb. Nazir Bozkır “Türkiyənin terrora qarşı mübarizǝ qanunu Avropa standartlarındadır. Bunun 2002-ci ildə qǝbul edilǝn Avropa İttifaqı qǝtnamǝsinǝ istinad edərək fərqli dǝyǝrlǝndirilmǝsi arzu edilmǝyǝn fakt doğurur. Bu mǝsǝlǝ viza rejiminin lǝğv edilmǝsi qarşısında maneǝ olaraq görülmǝmǝlidir” deyib.

İngiltərə çapdan buraxılan Financial Times qəzetindǝ “Türkiyə və Aİ arasındakı 3 milyard avroluq müqavilə ilǝ bağlı zid fikirlǝr” başlıqlı yazıda bildirilib:

prezident Rəcəb Tayyib Ərdoğan, Aİ-nin vəd etdiyi 3 milyard Avronu ödəməsini istəyir. Brüssel isə ödənişin BMT və beynəlxalq qeyri-hökumət təşkilatlar tǝrǝfindǝn gerçǝklǝşmǝsini irǝli sürür. Rǝsmi Ankara Brüsseldən, Aİ büdcəsi və üzv ölkələrin dəstəyi ilə tǝmin edilǝn 3 milyard Avronu birbaşa Türk hökumətinə və hökumət təşkilatlarına verməsini istəyir. Türkiyə bu puldan ölkədəki 2.75 milyon qeydli Suriyalı sığınmacılar üçün yeni məktəblər, yeni xəstəxanalar tikmǝk, düşərgələrdǝki yaşam şǝraitini yaxşılaşdırmaq üçün xǝrclǝmǝyi planlaşdırır. Avropa Komissiyası isǝ yardımların istifadǝ edilmǝsi ilǝ bağlı qaydaların diqqǝtǝ alınması vǝ fondların BMT və beynəlxalq qeyri-hökumət təşkilatlar vasitəsilə istiqamətləndirilməsini tǝlǝb edir”.

Çin, CRI-ın (Chına Radıo Internatıonal) internet saytında, “Ərdoğan: DEAŞ-a qarşı etdiyimiz mübarizəni kimsə etmədi” başlığı ilǝ yerlǝşdirilmiş mǝlumatda bildirilib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11 Mayda İstanbulda keçirilǝn növbǝti Balkan Ölkələri Baş qərargah rǝislǝri Konfransının açılış iclasında etdiyi çıxışında, ölkǝsinin DEAŞ-a qarşı etdiyi mübarizǝyǝ toxunub”. Türkiyəni DEAŞ-a kömək edən ölkə kimi tǝsvir edǝnlǝrin geyri adi vǝ alçaq fikirlǝr irǝli sürüldüyünü ifadǝ edǝn prezident Ərdoğan, başqa heç bir ölkǝnin, DEAŞ-a qarşı Türkiyə qǝdǝr güçlü mübarizǝ etmǝdiyini, təşkilatdan ǝn çox zǝrǝ çǝkǝn ölkǝnin isǝ Türkiyǝ olduğunu qeyd edib.

KIRIM, QHA internet saytında, “Ukrayna, Türkiyənin təcrübəsindən istifadǝ edǝcǝk” başlığı ilǝ ǝks edǝn mǝlumatda, Ukraynanın, meşə sahǝsindǝ Türkiyǝdǝn yardım istǝdiyi, Ukrayna Dövlət Meşə Resursları Agentliyinin rǝhbǝri Kristina Yuşkeviçin, Türkiyənin Meşə sahǝlǝri baş idarǝsi nümayǝndǝlǝri ilǝ bir araya gəlǝrǝk meşə sahəsində əməkdaşlıq məsəlǝsinin müzakirǝ edildiyi bildirilib. Mǝlumatda hǝm çinin qeyd edilib ki, Yuşkeviç, Türkiyədǝ yanğını söndürmə proqramlarının Ukrayna şərtlərinə uyğunlaşdırma mövzusunda razılıq ǝldǝ edildiyini, Karpatlarda Ağ Şam meşə sahǝlǝriylǝ Polissyada şam ağacı meşǝlǝrinin xilas edilmǝsi üçün görülǝsi tədbirləri müzakirǝ etmǝk mǝqsǝdiylǝ Türk mütəxəssisləri Ukraynaya dəvət edib. Onlardan Ukraynada meşə sektöründa fǝaliyyǝt edǝnlǝrǝ tǝlim vermǝlǝrini istǝyib.



Әlaqәli Xәbәrlәr