Xarici mətbuat, 22.04.2016

Türkiyə Avropa İttifaqına vizasız giriş üçün qərarlıdır

476053
Xarici mətbuat, 22.04.2016

İngiltərə, “E Şark El Evsat": "Türkiyənin keyfiyyət sıçrayışı"

İnkişaf səyləri və mədəniyyət layihələri Türkiyənin keyfiyyətli sıçrayışına səbəb olaraq diqqətə çarpır. Türkiyəni böyük ölkələr səviyyəsinə yüksəldən bu sıçrayış türklərin şəxsiyyəti və İslam mədəniyyətilə qürur etmələrini təmin edir. Bu cür sürətli inkişafın əsas səbəbi türkiyəlilər arasında mədəniyyət şüurunun artması, yayılması və demokratik seçkilərə söykənən müdrik rəhbərliyin qurulması ilə bağlıdır.

Fransa, AFP: "Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var"

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin keçən həftə Türkiyə haqqında nəşr etdiyi hesabatı qınayaraq deyib: “Avropa İttifaqının Türkiyəyə, Türkiyənin Aİ-yə əvvəlki vaxtlarla müqayisədə daha çox ehtiyacı var. Türkiyənin Aİ-yə üzvlüyü məsələsində bəzi fəsillərin açılması və vizaların aradan qaldırılması ilə bağlı əlaqələrin müsbət mərhələdə olduğu bir sırada belə hesabat qızışdırıcı xarakter daşıyır".

Baş nazir Əhməd Davudoğlu isə onu qeyd edib ki, “Avropalılar iyunun sonuna qədər Türkiyə vətəndaşlarına tətbiq olunan vizanı qaldırma vədinə əməl etməzsə, Türkiyə də immiqrant razılaşmasına uymayacaq".

ABŞ, “Voice of Amerika"​: "Türkiyə Avropa İttifaqına vizasız giriş üçün qərarlıdır"

Vətəndaşlarına azad viza təmin etmək üçün illərdir Avropa İttifaqının qapısını döyən Türkiyə kritik bir dövrə girib. 72 maddəni iki həftə içində hazırlamaq məcburiyyətində qalan Türkiyə zamana qarşı yarışır. Türklər bu günə qədər Avropa İttifaqı Komissiyasının gözlədiklərini keçərək, yüksək səviyyədə bir performans sərgiləyərək əhəmiyyətli irəliləmə əldə ediblər. Avropa İttifaqı Komissiyası Türkiyənin bu barədə qərarlı olduğunu bildirir."

Almaniya, “Deutsche Welle" media qurumu: "Aİ ölkələrinin suriyalı qaçqın hesabatı"

Lüksemburqda bir araya gələn Avropa İttifaqına üzv ölkələrin Daxili İşlər nazirləri Türkiyə ilə bağlanılan qaçqın razılaşmasının detallarını müzakirə ediblər. Geri Qəbul Razılaşması ilə bağlı Türkiyəyə geri göndərilən qaçqınlar qarşılığında neçə suriyalı alınacağından danışan Aİ səlahiyyətliləri bu mövzuda bir yol xəritəsi cızıblar. Buna görə Almaniya ilk mərhələdə hər ay 100 suriyalı qaçqını almağı, Türkiyə isə hər ay təxminən 1100 suriyalını müxtəlif Avropa ölkələrinə paylamağı planlaşdırıb. Yaradılan plan ilkin mərhələdə dörd ayı əhatə edir və bu dörd aydan sonra hansı planın qurulacağı müəyyən deyil".



Әlaqәli Xәbәrlәr