Xarici mətbuat

Dünya mediasından xəbərlər

457403
Xarici mətbuat

İngiltərə, BBC Türkcə: "Qaçqın uşaqdan Brüssel üçün "narahatam" mesajı"

Yunanistan - Makedoniya sərhədindəki İdomeni düşərgəsində pis şəraitdə yaşayan miqrantlardan bir uşaq kağıza yazdığı mesajla dünən Brüsseldə törədilən bombalı hücumlarda həlak olanları yad edib.

"Brüssel üçün narahatam " yazılı kağızı havaya qaldırdığı zaman Fransız xəbər agentliyi "AFP" tərəfindən şəkli çəkilən uşağın fotosu sosial şəbəkələrdə sürətlə yayılıb. Yazılan şərhlərin böyük hissəsində vurğulanıb ki, siyasətçilər və Avropa xalqları baş verənlərə görə qaçqınları məsul tutmamalıdırlar.

Çin, "CRI": "Almaniya Xarici İşlər naziri terrorla mübarizə məsələsini vurğulayıb"

Almanya Xarici İşlər naziri Frank Walter Steinmeier bütün ölkələrin terrorizmlə mübarizə mövzusunda əməkdaşlıq edərək informasiya paylaşmaları məsələsinin vacibliyini qeyd edib. Rusiyada səfərdə olan Steinmeier rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. İki həmkar beynəlxalq terrorizmlə mübarizə, Ukrayna böhranı və Suriya problemi kimi məsələləri müzakirə ediblər.

Steinmeier Brüsseldə törədilən hücumların, beynəlxalq cəmiyyətin birgə terror təhdidi ilə üz-üzə olduğunu və bu sahədə əməkdaşlığı artırmanın lazım olduğunu qeyd edib. Lavrov da ölkəsinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini tətbiq edərək terrorçuların biznes fəaliyyətlərinin qarşısının alınmasını qətiyyətlə istədiyini bildirib.

Rusiya, "Sputnik xəbər agentliyi": "Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilk dəfə olaraq təcavüzü "müharibə cinayəti" olaraq qəbul edib. Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi, 21 mart tarixli məhkəmədə Konqo Demokratik Respublikasının keçmiş Prezident köməkçisi olan Jean Pierre Bembanın 2002-2003 illəri arasında Mərkəzi Afrikaya göndərdiyi 500 polis qüvvələrinin ölkədə törətdiyi təcavüz, cinayət və oğurluq hadisələri ilə bağlı hökm edib. Hökmdə Bembanın sözü gedən polis qüvvələrinə əmr verdiyi sübuta yetirilib. 2002-ci ildə qurulan BCM müharibə zamanı silah olaraq istifadə olunan təcavüzü, cinayət olaraq qəbul edib və ilk dəfə olaraq bir komandir şəxsən iştirak etməsə də əmr verdiyi üçün bu cinayətdən mühakimə edilib. Birləşmiş Millətlərin Yuqoslaviya və Ruanda da qurduğu beynəlxalq müharibə cinayəti məhkəmələri, əvvəllər təcavüzü müharibə və insani cinayət olaraq qəbul etsə də, BCM ilk dəfədir ki, belə bir qərara imza atır. Bembaya kəsilən iş daha sonra elan ediləcək. Bembaya ya 30 il ya da ömürlük həbs cəzası veriləcəyi gözlənilir.

İRAN, "İran xəbər agentliyi İRNA": "Ruhani Pakistana gedir"

İran Prezidenti Həsən Ruhaninin başçılıq etdiyi yüksək səviyyəli iqtisadi və siyasi heyətlə birlikdə 25-26 mart tarixləri arasında Pakistanın Baş naziri Navaz Şərifin rəsmi dəvəti və İslamabad rəsmiləri ilə siyasi, iqtisadi və regional mövzularda görüşlər keçirmək məqsədilə Pakistana səfər edəcək. Ruhaninin Pakistan səfərində iki ölkə arasında elektrik ixracı, sığorta, ticarət palataları, strateji ticarət, media, akademik, elm, tibb, səhiyyə və turizm proqramı məsələsində iki ölkə arasında əməkdaşlıq sənədlərinin imzalanması gözlənilir.



Әlaqәli Xәbәrlәr