Xarici mətbuat
Dünya mətbuatından xəbərlər
Çin, "CRİ": Fələstin Baş naziri Rami el-Hamdallah, İsrail hökümətinin Fələstinin 5 qida şirkətinin Şərqi Qüdsə istehsalının qarşısının alınmasına mənfi reaksiya bildirib. Dünən İordan çayının qərb sahilində təşkil olunan qida sərgisində bəyanat verən Rami el-Hamdallah qeyd edib ki, İsrail höküməti Şərqi Qüdsün qida bazarını Fələstindən ayırmaq istəyir. İsrail höküməti iki tərəfli imzalanan iqtisadi anlaşmalara zidd hərəkər edir. Rami el-Hamdallah bildirib ki, İsrailin əsas məqsədi Fələstinin iqtisadiyyatına ciddi zərbə vurmaqdır.
Rusiya, "Sputnik xəbər agentliyi": Yanvar ayında İranın ərazi sularını pozan və bu səbəbdən İnqilab Keşikçiləri tərəfindən saxlanılan Amerika əsgərləri həbs zamanı diz çöküb ağlamışdılar. İran tərəfi bu diz çöküb ağlama səhnəsi şərəfinə heykəl ucaldacağını bildirib. İran İnqilab Keçikçilərinin komandiri Admiral Ali Fedavi bildirib ki, mediada Amerika əsgərlərinin saxlanılması ilə bağlı xeyli foto şəkil var. Biz də dəniz abidələri mərkəzlərinin birində bu foto şəkildən istifadə edərək bir xatirə ucaltmaq istəyirik. Tikiləcək bu heykəlin adı isə "turizm mərkəzi" olacaq. Heykəl, əsgərlərin həbs edildiyi ərazinin yaxınlığında yerləşən kiçik bir ada olan Harkda tikiləcək.
Almaniya, "Deutsche Welle": ABŞ Prezidenti Barak Obama Kuba reallaşdırdığı tarixi səfərində xidmətlər üzrə iş sektorundakı xarici sərmaye qoyuluşlarının artırılması üzrə danışıqlar aparacaq. 1959-cu il Kuba inqilabından sonra adanı ziyarət edən ilk ABŞ Prezidenti olan Obama, iki ölkə arasındakı uzun illərdir davam edən düşmənçiliyi bitirmək üçün Dövlət başçısı Raul Castro ilə görüşəcək. Castro, ABŞ-ın tətbiq etdiyi sanksilayarı bitirməsini və 1903-cü ildən etibarən ABŞ tərəfindən istifadə olunan Guantanamo hərbi bazasının geri qaytarılmasını istəyir. Fidel Castro öz qardaşının ABŞ ilə münasibətləri düzəltmək istəməsinə şübhə ilə yanaşır. Barak Obamanın Kubaya səfəri zamanı Fidel Castro ilə görüşməyəcəyi bildirilib.
İran, "Fars xəbər agentliyi": Əfqanıstan Prezidenti Əşrəf Qani İran Prezidenti Həsən Ruhaninin Novruz Bayramını təbrik edib. Bazar günü iranlı həmkarı ilə telefon danışığı aparan Əşrəf Qani İranın bölgədə güclü bir dövlət olduğunu qeyd edərək, iki ölkə arasındakı əlaqələrin daha da güclənməsinə ehtiyac olduğunu bildirib. Ölkə başçısı Ruhani, Əşrəf Qaniyə təşəkkür edərək İran və Dünya xalqlarının Novruz bayramını təbrik edərək ikili əlaqələri dəstəklədiyini bildirib.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar