Xarici mǝtbuatda bu gün

Beynəlxalq mətbuatda, paytaxt Ankarada 37 insanın həyatını itirdiyi, 19-nun ağır olmaqla 125 nǝfǝrin yaralandığı xǝbǝrdǝn geniş bǝhs edilib.

450437
Xarici mǝtbuatda bu gün

Agentliklər, xəbər saytları və televiziyalar, partlayışla bağlı xǝbǝrlǝrǝ xüsusi diqqǝt ayırıb.

Çin, Xinhua Agentliyi: "Türkiyənin paytaxtı Ankaranın mərkəzindəki Kızılay Meydanındaki avtobus dayanacağında bomba partlaması sǝbǝbindǝn 30-dan çox insan hǝyatını itirib.

Gürcüstan, Interpressnews: "Ankaradakı partlayış, iki avtobusun arasına girən vǝ bomba yerlǝşdirilǝn avtomobillə edilib. Terror hücumunun meydana gəldiyi yerdǝn, Türkiyənin Başbakanlık Binasına 200 metr məsafə var."

İngililtǝrǝnin BBC news: Keçən ay yenə Ankarada meydana gələn partlayışı xatırladaraq, "Ankarada son altı ay içində üçüncü partlayış törǝdilir.

İsveçrə, Le Matin qəzeti: "Bazar günü axşam Ankara qana bulandı. Partlamanın avtobus dayanacağı yaxınlığında reallaşması, ölü sayının artmasına səbəb olub."

İran Fars Xəbər Agentliyi FHA: "Türkiyənin paytaxtı Ankarada terroristlərin avtomobillə təşkil etdiyi hücumda 37 nǝfǝr həyatını itirib."

İspan El Pais qəzeti: "Ankaranın mərkəzində meydana gələn partlama çoxlu sayda insanın ölümünə gətirib çıxardı. Bomba yerlǝşdirilǝn avtomobillə təşkil edilən hücum, Güvən Park yaxınlığında törǝdilib"

Yaponiya, Nihon Keizai Shimbun qəzeti: "Yaponiyanın Kabinet katibi, Yoshihide Suga bu gün günortadan əvvəl keçirilǝn mətbuat konfransında, Türkiyənin paytaxtı Ankarada meydana gələn böyük partlayışda çox sayda insanın həyatını itirməsi ilǝ bağlı olaraq," Türk hökuməti və vətəndaşlarına həmrəylik duyğularımızı çatdırırıq." deyib.



Әlaqәli Xәbәrlәr