Dünya Mǝtbuatı

​Gündǝm xarici media vasitǝlǝrindǝ

434385
Dünya Mǝtbuatı

Rusiya, Ria Novosoti: “Rǝsmi Ankara yeni hava hücumlarına görǝ rǝsmi Moskvaya xǝbǝrdarlıq etdi"

Türkiyǝ Xarici İşlǝr Nazirliyi Rusiyanı bir daha mülki hǝdǝflǝri vurmaqda ittam etdi vǝ bunu “müharibǝ cinayǝti" olaraq dǝyǝrlǝndirdi. Xarici İşlǝr Nazirliyi ayrıca Rusiyanın hücumlarına dǝrhal son qoymayacağı tǝqdirdǝ daha ciddi nǝticǝlǝrlǝ qarşı-qarşıya qalınacağını vurğuladı. Türkiyǝnin Xarici İşlǝr Nazirliyi tǝrǝfindǝn verilǝn açıqlamada, “Beynǝlxalq Suriya Dǝstǝk Qrupunun fevralın 11-dǝ Münhendǝ keçirilǝn yığıncağında Suriyada toqquşmaların qarşısının alınmasına dair qǝrar qǝbul edilmişdi. Ancaq qǝrara baxmayaraq Rusiya Suriyada dinc sakinlǝri, mǝktǝblǝri vǝ xǝstǝxanaları vurmağa davam edir. Beynǝlxalq hüquqa zidd vǝ hǝmin zamanda müharibǝ cinayǝti olan bu hücumları qınayırıq. Rusiya hücumlara dǝrhal son qoymayacağı tǝqdirdǝ daha böyük vǝ ciddi nǝticǝlǝrlǝ qarşı qarşıya qalınması qaçılmaz olacaqdır".

Çin, CRİ (China Radio İnternational): “Neft hasil edǝn ölkǝlǝr arasında müqavilǝ"

Sǝudiyǝ Әrǝbistanının da aralarında olduğu OPEC ölkǝlǝri neft hasilatının mövcud sǝviyyǝdǝ saxlanılması barǝdǝ razılaşıb. Qǝtǝrin paytaxtı Dohada Sǝudiyǝ Әrǝbistanının neft naziri Әli ǝl-Naimi, Rusiyanın energetika naziri Aleksander Novak vǝ Venesuelanın neft naziri Eulogii Del Pinonun iştirak etdiyi görüşlǝrdǝ neft hasilatının mövcud sǝviyyǝdǝ “dondurulması" qǝrara alınıb. Neft hasil edǝn ölkǝlǝr arasında İraq nǝzǝrǝ alınan kvota barǝdǝ razılaşmaya qatılmaq istǝdi ancaq Azǝrbaycan qatılmağı istǝmǝdi. Aprel ayında tǝslim edilǝcǝk Brent markalı neftlǝ bağlı banklardakı ǝmanǝt işlǝrindǝ dünǝn sǝhǝr radǝlǝrindǝ neftin barreli 35,55 dollara qalxdı. Ancaq bazarda İranın razılıq ǝldǝ edǝn qrupa qatılması barǝdǝ tǝrǝddüd olması sǝbǝbi ilǝ neftin qiymǝti yenidǝn 34 dollara endi.

Almaniya, Deutsche Welle (DW):"Afrikada öldürǝn quraqlıq"

Afrika son illǝrin ǝn pis quraqlığı ilǝ qarşı-qarşıya qalıb. Quraqlıq 14 milyon insanı tǝhdid edir. Efiopiya quraqlıqdan ǝziyyǝt çǝkǝn ölkǝlǝrin başında yer alır. BMT-nin mǝlumatına ǝsasǝn, Efiopiyada 10 milyondan artıq insan tǝcili olaraq ǝrzaq yardımı gözlǝyir. Bu rǝqǝm yaxın zamanda iki qatınadǝk çıxa bilǝr. Quraqlığın yaşandığı Zimbabve, Cənubi Afrika və Malavi kimi bir çox Afrika ölkəsində məhsul yetərsiz qalır. Qitədə quraqlığın Əl Nino adlı tǝbiǝt fǝlakǝtindǝn mǝnbǝlǝndiyi güman ǝdilir.

İran, (Fars xǝbǝr agǝnti) FHA:" İran bankları birbaşa Society for Worldwide İnterbank Financial Telecommunicationun (SWİTF) tǝrkibinǝ daxil olub.

Prezidentliyin xüsusi katibi Mǝhǝmmǝd Nihavendian İran Mǝrkǝzi Bankının 15 bank ilǝ birlikdǝ birbaşa dünyadakı banklar arasında elektron fond köçürmǝ standardı tǝmin edǝn SWİFT sisteminǝ daxil olduğunu açıqlayıb.

Nihavendian, ǝslindǝ bu sistemin birbaşa olduğunu, bundan ǝvvǝl vǝ Bercam nüvǝ müqavilǝsinin qüvvǝyǝ mindiyi günün ertǝsi günü İran banklarının vasitǝli olaraq SWİTF sisteminǝ daxil olduğunu ifadǝ edib.

Nihavendian ayrıca Avropa ölkǝlǝrindǝ zǝmanǝt mǝktubu LC (standy letter of credit) açma prosesinin dǝ mümkün olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr