Dünya Mətbuatı

Gündəm xarici mətbuat vasitələrində:

424469
Dünya Mətbuatı


Almaniya, DPA: "Birinci Almaniya-Türkiyə Hökumətlərarası Məşvərət İclası cümə günü Almaniyanın paytaxtı Berlində başlayacaq. İclas gündəliyinin ən əsas maddəsini qaçqın məsələsi təşkil edəcək. Baş nazir Əhməd Davudoğlu iclas öncəsi DPA-ya verdiyi müsahibədə:" Üzləşdiyimiz qaçqın böhranı Türkiyənin böhranı deyil. Qaçqın böhranının əsas səbəbi Türkiyə deyil, Türkiyə bu böhranın yaranmasında amil olmamışdır. Türkiyə qaçqın böhranından ən çox əziyyət çəkən ölkədir. Türkiyə böhran ixracatçısısi deyil, böhranın özü Türkiyəyə ixrac edilmişdir. İndi qarşımızda Avropanın böhranına çevrilən bir fakt var. Türkiyədə Suriyadan gələn 2,5 milyon və İraqdan gələn 300.000 qaçqın var. Türkiyə bu qaçqınlar üçün təqribən 10 milyard dollar xərcləyib. Bundan sonra da görüləsi çox iş var və bu işlər Aİ və beynəlxalq cəmiyyətlə birlikdə görülməlidir. Ancaq heç kim Türkiyədən bu yükü təkbaşına qaldıracağını gözləməsin"dedi.

Rusiya, Ria Novosti: "Türkiyənin Baş nazir müavini Numan Kurtulmuş ölkəsi ilə Rusiya arasındakı gərginliyin azalacağını dedi. Anadolu İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Orduda təşkil olunan Rusiya-Türkiyə əlaqələri adlı konfransda çıxış edən Baş nazir müavini : "Ölkələrimiz arasındakı gərginlik getdikcə azalacaq. Bu siyasi böhranın yaxın zamanda aradan qaldırılacağına ümid edirəm"dedi. Kurtulmuşun dediklərinə görə, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə yaşanan gərginlik birbaşa Su-24 hadisəsi ilə əlaqəli deyil. "Bu hadisə baş verdiyi zaman mövqeyimizi ən yüksək səviyyədə ifadə etdik. Təyyarənin Rusiyaya məxsus olduğunu bilsəydik bəlkə də fərqli şəkildə hərəkət edərdik. Təəssüf ki, bizim problemi diplomatik yollarla həll etmək cəhdlərimizə baxmayaraq Rusiya münasibətləri gərginləşdirmə yolunu seçdi" deyən Kurtulmuş Rusiya rəhbərliyi tərəfindən Türkiyəyə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin tədricən qaldırılacağını söylədi.

Azərbaycan, APA: Azərbaycan Prezidenti İlham Əliyev Yanvarın 20-də Davosda Türkiyə Baş Naziri Əhməd Davudoğlu ilə görüşdü. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi və mütəmadi həyata keçirilən yüksək səviyyəli danışıqların, əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətinə toxunuldu. Bundan başqa, Azərbaycan ilə Türkiyənin beynəlxalq toplantılarda birgə iştirakının da əhəmiyyətinə diqqət çəkildi.

Çin, Xinhua: Türkiyə Milli Təhsil Nazirliyi, Türkiyədəki liseylərdə "Xəyallarımdakı Çin" mövzusunda rəsm müsabiqəsi keçirəcəyini və şagirdlərin qəlblərindəki Çin fırçalarını istifadə edərək təsvir edəcəkləri barədə məlumat verdi. Türkiyə Milli Təhsil Nazirliyi, Beynəlxalq Elm və Mədəni Araşdırmalar Vəqfi və Çinin Türkiyə Səfirliyinin birgə təşkil etdikləri rəsm müsabiqəsi üçün şəkillər martın 25-dək toplanacaq, mükafata layiq görülənlərin adları isə may ayının sonunda Ankarada açıqlanacaq. Çinin Türkiyə Səfiri Yü Hongyang mətbuata verdiyi açıqlamada mükafat qazanan rəsmlərin Çində və Türkiyədə sərgilənəcəyini və hər iki ölkədə kitab şəklində dərc olunacağını bildirdi.



Әlaqәli Xәbәrlәr