Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

395690
Xarici Mətbuat

Gürcüstan, İnterpressnews Agentliyi: " Almaniya Kansleri Angela Merkel Türkiyənin Avropa Ittıfaqına üzvlük məsələsində araşdırma başlanılması və Türkiyə üçün vizasız rejim prosesinin sürətləndirilməsi məsələləri ilə əlaqədar Almaniyanın hazır olduğunu açıqladı. Brüsseldə keçirilən Avropa İttifaqı –Türkiyə sammitində, eyni zamanda, Türkiyənin sərhədlərinə nəzarətin gücləndirməsi və gələnlərin qaçqın statusunda Avropaya keçmələrinə mane olma istiqamətindəki xərclər üçün Avropa İttifaqının Türkiyəyə 3 milyard avro maliyyə yardımı etməsinə qərar verildi".

Əfqanıstan, Jomhor News Agentliyi: "Aİ və Türkiyə bazar günü Brüsseldə keçirilən sammitdə Avropaya qaçqın axınının qarşısını almaq üçün razılıq əldə etdilər. Buna görə Türkiyə üç milyard avro və bəzi siyasi stimullar əldə edəcək, bunun müqabilində sərhədlərinin nəzarətini artıracaq və indiki qaçqınları öz ərazisində tutacaq".

Almaniyanın Deyə Welt: "Avropalıların Türkiyə ilə bağladıqları müqavilə Avropa İttifaqına axın edən qaçqınları azaltmaq üçün şərəfli bir sınaqdır. Türkiyə insan axınlarını dayandıracaq bir qala funksiyasını yerinə yetirəcək. Beləliklə, Türkiyə Prezidenti Ərdoğan avropalıların və almanların qaçqın strategiyasındakı ən əhəmiyyətli fiqur mövqeyini əldə etdi".

İtaliya, ANSA Agentliyi: "İtaliya Müdafiə Naziri Robert Pinotti Skytg24 telekanalında iştirak etdiy bir proqramda Avropada DEAŞA qarşı müdafiə tədbirlərinin görülmədiyi fikrini irəli sürdü və Türkiyə ilə əlaqədar: " Aİ-yə daxil olmasını qəbul etməmək "tarix bir xəta oldu" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr