Xarici Mətbuat
Gündəm xarici mətbuat vasitələrində:
Almaniya, DPA: " Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyədəki G-20 Sammitində Suriya məsələsində birgə hərəkət etmənin zəruriliyindən danışdı və Bəşər Əsədi vəzifədən uzaqlaşdırmağa dəvət etdi. Ərdoğan Vyanadakı Suriya konfransında 18 ay içərisində keçid hökuməti yaradılması barədə razılıq əldə olunan yol xəritəsini "faydalı bir addım" kimi səciyyələndirdi və: " Suriyanın gələcəyində Əsədə yer yoxdur. Əsəd xalqını qətlə yetirdi " dedi.
İtaliya, Internazionale Qəzeti: " Fransız hava qüvvələrinə məxsus 12 təyyarə DAİŞ-in Suriyadakı qalası olan Rakkanı vurdu. İki hədəf seçilmişdi: təlim düşərgəsi və cihatçıların qəbul mərkəzinin və silah- sursat anbarının yerləşdiyi mövqe. Şübhəsiz ki, bu hərəkat davam edəcək. Belə ki, Şarl de Gaulle təyyarə gəmisinin nyabrın 18-də Tulon Suriya sahillərinə doğru irəliləyəcəyi və iki həftə ərzində fəaliyyətə keçəcəyi bildirildi".
İngiltərə, Financial Times Qəzeti: "Türk iş dünyasında qadınlar yüksək səviyyəli mövqelərdə işləyir. Böyük firmaların idarə heyətinin təqribən üçdə birini qadınlar doldurur ki, bu da İngiltərə ilə eyni səviyyəyə malik olmaq deməkdir. Qadın direktorlar kişi həmkarlarından çox qazanırlar. Ancaq ümumi iş gücünə nəzər saldıqda qadınların iş gücündə iştirak göstəricisi 30 %-dir və bu G-20 ölkələri arasında ən aşağı göstəricilərdən biridir".
ABŞ, Bloomberg TV: "Avropa İttifaqı Ankara hökumətinin miqrant axınını dayandırmaq üçün daha çox yardım etməsi müqabilində ölkənin İttifaq üzvlüyü danışıqlarına yeni təkan verəcəyinə söz verdi. Aİ rəsmisi İttifaqın 29 noyabrda Türkiyə ilə birlikdə Brüsseldə qaçqınlar mövzusunda görüş keçirəcəyini, həmçinin dekabr ayında iqtisadiyyat siyasəti üzərində hökumətlərarası iclasda üzvlük danışıqlarını başlamağı planlaşdırdığını bildirdi. Aİ o zamana qədər Türkiyədəki qaçqınlara yardım etmək üçün üç milyard avro dəyərində bir fond yaradacaq".
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar