Xarici mətbuat

Ankarada keçirilən G20 sammiti dünya mətbuatında öz yerini tutub.

417674
Xarici mətbuat

Ankarada keçirilən G20 sammiti dünya mətbuatında öz yərini tutub.
ABŞ-ın “The Wall Street Journal” qəzeti yazır: “Prezident Barak Obama və Türkiyə dövlət başçısı Rəcəp Tayyib Ərdoğan Parisdə baş verən terror hücumlarından sonra, DEAŞ- üzv olan terroristlərlə mübarizəni davam etdirəcəklərinə söz verib”
Səudiyyə Ərəbistanının “Əl Riyad” qəzetində isə “Türkiyə Dövlət başçısı Rəcəp Tayyib Ərdoğan Antalyada təşkil olunan G20 sammitinin tarixi bir dönüş nöqtəsi adlandırıb. Ərdoğan “İqtisadiyyat və təhlükəsizlik bir-birindən ayrı sahələr deyil. İqtisadi inkişafdan hər kəsin istifadə edə biləcəyi yeni bir sistemə ehtiyac var” yazılır.
Yunanıstanın MEGA Tv kanalı yayınladığı verlişdə “Türkiyənin Antalya şəhərində güclü təhlükəsizlik tədbirləri altında keçirilən iki günlük G20 qrupu ölkələrin zirvə toplantısına, Barak Obama, Vladimir Putin, Çin dövlət başçısı Si Cin Pin, Angela Merkel, Devid Kemeron kimi güclü dünya siyasətçilərinin qatıldığını, lakin sammitdə məlaum səbəblərə görə Fransua Ollandın iştirak etməməsini bildirilir. G20 liderlərinin, Parisdə 132 nəfərin həlak olmasına səbəb olan terrordan sonra sərhəd nəzarətini və hava təhlükəsizlik tədbirlərinin gücləndirməsi ilə danışıqlar aparıldığı” qeyd olunub.
İspaniyanın “El-Mundo” qəzeti yazır: “Dünya iqtisadiyyatının 85 faizinə nəzarət edən 20 ölkənin liderləri, Suriya sərhədinə yaxın təqribən 700 km məsafədə olan Antalyada illik zirvə görüşünə başlayıb. Digər liderlər ilə yanaşı ABŞ prezidentinin DEAŞ-ın aradan qaldırılması üçün səylərin artırılmasına çağırışından sonra liderlər buna hazır olduqlarını ifadə edib. ABŞ dövlət başçısı Barak Obama “Suriyada sülhü təmin etmək və DEAŞ-ı yox etmək üçün digər koalisiya üzvləri ilə bərabər səylərimizi daha da artıracağıq. Bu terror Ankara və Parisdə olduğu kimi dünyanın digər yerlərində də böyük acılara səbəb ola bilər”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr