Xarici Mətbuat

Gündəm xarici mətbuat vasitələrində:

416465
Xarici Mətbuat

İran, IRIB TV: "Türkiyə Prezidenti Ərdoğan beynəlxalq TV kanallarından birinə verdiyi müsahibəsində terrorla mübarizə mövzusunda bunları söylədi: "Beynəlxalq terrorizm G-20-nin iş yeməyində gündəmə gələn məsələlərdən biridir. Biz ölkəmizin təhlükəsizliyi üçün təhdid sayılan terror təşkilatları üzərində dayanacağıq və bütün bu təşkilatları müzakirələrdə gündəmə gətirəcəyik. Çünki bu təşkilatlardan birniə göz yumulsa, hamısını nəzərdən qaçırmış olarıq".
Qətər, Əl-Cəzirə TV: "Türkiyənin Baş Naziri Əhməd Davudoğlu ABŞ və Rusiya kimi ölkələrin mövqe və qənaətləri nə olursa olsun, milli təhlükəsizliyi hədəf alan Suriya və ya İraq mənşəli bütün təhdidlərə qarşı lazımi addımları atmaq məsələsində tərəddüd etməyəcəklərini vurğuladı".
Yaponiya, Nihon Keizai Simbun Qəzeti: "Avropa İttifaqı 12 noyabrda Avropaya yönələn miqrant böhranı ilə mübarizə məsələsində əməkdaşlıq üçün Maltanın paytaxtı Valettada qeyri-rəsmi toplantı keçirdi. Burada nəzarət edilə bilməyən Suriyalı qaçqın axını məsələsində əməkdaşlığını dərinləşdirmək üçün bu ayın sonunda Türkiyə ilə Aİ liderlərinin bir araya gələcəyi sammitin Brüsseldə keçirilməsi barədə razılıq əldə olundu".
İngiltərə, REUTERS: "ABŞ-ın İraq və Suriyadakı terrorçulara qarşı yaradılan koalisiyadakı xüsusi nümayəndəsi General John Allen ölkəsinin DAİŞ ilə mübarizədə uçuşa yasaq bölgə də dahil olmaq üzrə bütün variantları nəzərə alması lazım olduğunu söylədi. ABŞ-ın müttəfiqi və NATO üzvü olan Türkiyə uzun zamandır Suriyanın şimalında uçuşa bağlı bölgə yaradılması istiqamətində kampaniya aparır".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr