Xarici mətbuat

Xarici mətbuatın bu günkü gündəmi

415169
Xarici mətbuat

Qətər, Əl-cəzirə TV: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, terror təşkilatı DAİŞ-ə qarşı olan koalisiya ölkələrinin Suriyada "terrordan təmizlənmiş" bir bölgənin yaradılması fikrinə yaxın olduqlarını həmçinin "uçuşa qadağa bölgə" və quru hərəkatıyla bağlı müsbət irəliləyişin olduğunu ifadə etdi. Digər tərəfdən, Ərdoğan başda terror təşkilatı DAİŞ olmaq üzrə Türkiyəni təhdid edən bütün terror qruplarına qarşı tək başına və yaxud beynəlxalq koalisiyayla birgə adımlar atacağını də sözlərinə əlavə edib".
Yunanıstan, Ta Nea qəzeti: "Yunanıstan Baş Nazirinin 17 və 18 Noyabr tarixlərində İstanbula səfəri nəzərdə tutulur. Çipras səfər proqramı çərçivəsində Ankaraya da gedə bilər. Davudoğlu, Çiprası, Yunanıstan-Türkiyə futbol matçını birgə izləməyə dəvət edir. Çiprasın Rəcəb Tayyib Ərdoğan ilə görüş keçirib keçirməyəcəyi bilinmir. Lakin bir görüşün keçirilməsi gözlənilir.Aleksis Çipras, Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsindən sonra Türkiyəyə səfər edən ilk Avropalı Baş Nazirdir".
İspaniya, La Vanguardia qəzeti: "Türkiyəli rəsmilər G20 sammitinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin cənubundakı Antalyaya xüsusi təhlükəsizlik qüvvələrini yerləşdirdi. Türkiyə hükmeti sammit zamanı 12 min polis qüvvəsinin hazır olması üçün Antalyaya digər rayonlardan 7 min polis əməkdaşı gətirdi. Bu bölgə Antalyanın 30 kilometr şərqindəki Bələkdə yerləşir".
Özbəkistan Şarh.uz saytı: ‘‘Türkiyənin Adana şəhərində DAİŞ-ın sıralarına qatılmaq istəyən 38 nəfər saxlanılıb. Bunlardan 15 üşaq, 10-u da qadın olmaqla 5-i Qırğızıstan,14-ü Azərbaycan,7-i İndoneziya, 5-i İraq, 2-si Tacikistan, 3-ü İran və 2-i Əfqanıstan vətəndaşıdır. Saxlanan şəxslər Xaricilər söbəsinə təhvil verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr