Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

414648
Xarici Mətbuat

Avstriya, Salzburger Nachrichten Qəzeti: "Xarici işlər Nazirliyinin keçmiş Baş Katibi Albert Rohan qaçqın axınının tənzimlənməsi haqqında danışdı. Rohan: "Hədəflərımızdən biri miqrant axınını azaltmaqdır. Bu, ancaq qaçqınlara ev sahibliyi edən ölkələrlə, xüsusilə də, Türkiyə ilə razılaşma əsasında həyata keçirilə bilər. Sığınacaq müraciətlərinin Türkiyədən edilə bilməsi ilə bağlı tənzimləmələr olmalıdır və bu, Avropa İttifaqının hər il müəyyən sayda qaçqını qanuni yollarla qəbul etmə öhdəliyi ilə əlaqələndirilməlidir".

İran, Moj İnformasiya Agentliyi: "Ağ Ev Türkiyə ilə DEAŞ təşkilatına qarşı təzyiqlərin artırılması məsələsində razılıq əldə etdiyi barədə məlumat verdi. Ağ Evin açıqlamasında ABŞ Prezidenti Barack Obamanın bazar ertəsi günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş Nazir Əhməd Davudoğlu ilə ayrı-ayrılıqda telefonla danışdığı bildirildi. Açıqlamaya görə, iki ölkə liderləri Suriyadakı vəziyyət, suriyalı mülayim müxalifləri gücləndirmək üçün birgə səylərin artırılmasının əhəmiyyəti və DEAŞA qarşı təzyiqlərin artırılması barədə fikir mübadiləsi aparıblar".

Rusiya, Ria Novosti Qəzeti: "Rusiya Turizm İndustriyası İttifaqının rəsmisi Yekaterina Şadskaya, turizm operatorlarının Misirə bilet alan Sankt Peterburqlu turistlərə Türkiyə və Kipr turlarını təklif etdiklərini dedi. Noyabrın 6-da Rus təyyarələrinin Misir reysləri Sina üzərində Rus təyyarəsi A 321-in qəzaya uğraması səbəbindən aydınlıq gətirilənə qədər dayandırılmışdı. Rusiya Prezidenti Vladimir Putin Rus vətəndaşlarına Misirdən dönməsinin təmin olunması tapşırığını vermişdi".

Fransa, Le Monde Qəzeti: "Latın Amerikası istehsalı olan seriallar Boğazdan gələn seriallarla mübarizədə məğlub olur. On minlərlə perulu hər axşam, Türkiyə istehsalı olan "Fatmagülün Günahı Nədir?" serialını izləyirlər. Limada yaşayan fransız rejissor Mchel Gomez çəhrayı serialların vətəni sayılan Latın Amerikasında Meksika və Braziliya seriallarını geridə qoyan Türk seriallarının qələbəsinin şahididir. Gomez:"Seriallar o qədər uğurludurlar ki, bu il onlarla uşağa "Min Bir Gecə serialının baş qəhrəmanlarının adları- Şərəf və Şehrazat verildi" dedi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr