Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

363872
Xarici Mətbuat

Livan, Əl Akhbar Qəzeti: "Ədalət və İnkişaf Partiyası (AK Partiya) Türkiyədəki seçkiləri qazandı. Bu səbəblə Livan və Fələstində yaşayan "Müsəlman Qardaşlar" ın böyük bir hissəsi qələbə havasına girdilər. AK Partiyanın seçki qələbəsi yalnız Prezident Rəcəb Tayyib Ərdoğan və ya Baş Nazir Əhməd Davudoğlunun qələbəsi deyil. Çünki Həmas və İslam Camaatı (Müsəlman Qardaşların Livandakı qolu) kimi AK Partiya və Ərdoğan dəstəkçisi  olanbir çox tərəflər bunu özlərinin qələbəsi olaraq gördülər. Bazar günü axşam həmas üzvləri Ərdoğanın seçki qələbənin sevincini yaşadılar".

İtaliya, ANSAMED Agentliyi: "Türkiyə yaxın günlərdə terror təşkilatı DEAŞ-a qarşı hərbi əməliyyata başlayacaq".  Açıqlamanı İraqa səfər edən Ankaranın Xarici İşlər Naziri Firudin Sinirlioğlu verdi. Sinirlioğlu: "DAEŞ həyat tərzimizi və təhlükəsizliyimizi təhdid edir. Yaxın günlərdə onlara qarşı hərbi  əməliyyat keçirməyi planlaşdırırıq, görəcəksiniz. Bu təhlükəyə qarşı birlikdə hərəkət etmək məcburiyyətindəyik" dedi.

İran, İRNA Agentliyi: "Ankarada keçirilən 8-ci Beynəlxalq Enerji Konfransında, Enerji və Təbii Qaynaqlar Naziri Əlirıza Alaboyun Türkiyənin İran təbii qazını öz ərazisindən Avropaya çatdırmağa hazır olduğunu bildirdi. Alaboyun: "Enerji siyasətləri xarici siyasətlərlə birbaşa əlaqədədir. Önümüzdəki dövrlərdə Qərbin İrana qarşı sanksiyalarının tamamilə qaldırılması ilə İran qazı da sistemə inteqrasiya olacaq və İran qazına çıxış imkanı yaranacaq" dedi.

Yunanıstan, Ethnos Qəzeti: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sözçüsü İbrahim Kalına görə, Rusiya Prezidenti Vladimir Putin və Ərdoğan telefonla Suriya böhranı məsələsini müzakirə ediblər. Hər iki tərəf "siyasi dialoqa hazır olduqlarını" təsdiq edib. Bununla birlikdə, Kalın hər nə qədər Türkiyənin sülh danışıqlarına Suriya vətəndaş müharibəsindəki bütün tərəflərin qoşulmasını prinsip məsələsi olaraq qəbul etdiyinə işarə etsə də, Ankaranın Bəşər Əsədin Suriyanın siyasi gələcəyində heç bir yeri olmadığına dair tezisini təkrarladı".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr