Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

408884
Xarici Mətbuat

Malayziya, ‘The Malaysian Insider’ Xəbər Saytı: "Türkiyədə noyabrın 1-di keçirilən seçkilər nəticəsində 13 ildir hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası yenidən hakimiyyətə gəldi. Seçkinin nəticələri Türk xalqının koalisiya istəmədiyini göstərir. AKP-nin ölkəni 13 il ərzində təkbaşına idarə etməsindin sonra xüsusilə, gənc əhali Türkiyənin böyük problemlər yaşamasına səbəb olan koalisiya höküməti tərəfindən idarə edilməsinin nə məna verdiyini anlamaqda çətinlik çəkir".

İsveç, Expressen Qəzeti: "Türkiyədə keçirilən seçki AKP-nin böyük üstünlüyü ilə nəticələndi. Baş nazir Əhməd Davudoğlu paytaxt Ankarada minlərlə AKP tərəfdarlarının toplaşdığı partiyanın baş qərargahı qarşısındakı çıxışında: "Mən yeni konstitusiya yaratmaqda iştirak etmələri üçün parlamentdəki bütün partiyalara müraciət edirəm" dedi.

Qətər, Əl-cəzirə TV: "Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) mütləq üstünlüklə seçkidən qalib çıxmasından sonra Türklər Partiyanın xarici siyasət məsələlərindəki mövqeyinin necə olacağı ilə maraqlanırlar. Çünki Suriya və onunla əlaqədar məsələlər yaranacaq yeni hökuməti gözləyən ən böyük problemlərdən biridir".

Fransa, RFI (radio): " Türkiyənin Baş Naziri Əhməd Davudoğlu üzvü olduğu partiyanın geniş miqyaslı bir qələbə qazanmasından sonra seçicinin təhlükəsizlik və sabitliyə səs verdiyini söylədi və Türkiyə üçün "yeni bir səhifə" açacaqlarını bəyan etdi. Türkiyədə hər kəs yeni konstitusiyanı gözləyir".

ABŞ, Bloomberg: "Türkiyənin uzun müddətdir hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP), 2015-ci ildə keçirilən ikinci parlament seçkisində bariz bir üstünlük əldə etdi. Seçkidən sonra yaranmış müsbət atmosfer valyuta bazarlarında da əks olundu. Türk lirəsi bu ilin may ayından etibarən ən böyük artımı göstərdi: 3,87% bir artımla dollara qarşı sərt şəkildə yüksəlidi".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr