Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

396410
Xarici Mətbuat


Rusiya, Ng.Ru Qəzeti: 2014-cü ilin sonunda "Türk Axını" layihəsi elan edilən zaman sanki Rusiya -Türkiyə əlaqələrində yeni bir mərhələ başladı. Enerji əməkdaşlığının inkişaf etdirilməsi iki ölkənin strateji tərəfdaşlığa yaxınlaşdığı təəssüratını doğururdu. Başqa sahələrdə əməkdaşlığa keçid Rusiya ilə Türkiyə Cümhuriyyətinin az qala 100 illik əməkdaşlığın nəticəsi ola bilərdi. Bu il Moskva ilə Ankaranın diplomatik əlaqələrinin 95-ci ildönümü qeyd etdiklərini xatırlatmaq istərdik".

İran, IRNA Agentliyi: "Bu gün NATO Türkiyənin Egey Dənizi sahilində Saros Körfəzində təlimlərə başladı. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytı nda NATO üzvü olan ölkələrin iştirakı ilə ”Nüsrət 2015” adlı hərbi təlimin Saros Körfəzində başladığı bildirildi. NATO-nun dəniz və havadan olan birgə təlimi beş gün davam edəcək. Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan və ABŞ-ın sahil təhlükəsizlik, dəniz və hava qüvvələri təlimdə iştirak edirlər. Qətər, Bəhreyn, Cənubi Koreya, Pakistan, Banqladeş, Gürcüstan və Türkmənistan nümayəndələri isə təlimə müşahidəçi olaraq qatılırlar".

Yaponiya, Mainichi Simbun Qəzeti: " Kuşimoto sahillərində 1890-cı ildə Türk döyüş gəmisi Ərtoğrul Freqatının qəzası əsasında ssenari yazılaraq, Yaponiya-Türkiyə əlaqələrindən bəhs edən film çəkildi. "Kaidan 1890" (“Dəniz qəzası 1890”) adlandırılan filmin çəkilişləri tamamlandı. Film dekabrın 5-də bütün Yaponiya ekranlarına çıxacaq ".

İtaliya, ASKANEWS Agentliyi: "Amerika Birləşmiş Ştatları İraq və Türkiyədə baş verən iki qəzada Predator pilotsuz təyyarələrə nəzarətinin itirildiyini etiraf etdi. Etiraf Pentaqon Sözçüsü Steve Warren tərəfindən açıqlandı. İlk hadisə oktyabrın 16-da Predatorun onu uzaqdan idarə edən qrupla əlaqəsini itirəndə baş vermişdi. Təyyarə İraqın Bağdad şəhərinin cənub-şərqinə düşmüşdü. İkinci hadisə isə oktyabrən 19-da baş verdi. Bu dəfə pilotsuz təyyarə (İHA) Türkiyənin cənubunda qəzaya uğradı".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr