Xarici Mətbuat

Günün aktual xəbərləri xarici media mənbələrində:

390401
Xarici Mətbuat

Yaponiya, “Yomiuri Shimbun” qəzeti: " Yaponiyanın Baş naziri Abe ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Nazirin ofisində görüşərək suriyalı qaçqınlara kömək üçün əməkdaşlıq məsələsi ilə əlaqədar razılığa gəldilər. Bununla bərabər, noyabr ayında Türkiyənin sədrliyi ilə keçiriləcək böyük iyirmilik ölkələrinin və bölgə liderlərinin G-20 sammitinin səmərəli keçməsi üçün birgə iş məsələsi də təsdiq edildi".

Gürcüstan, Rustavi 2 telekanalı: " Türkiyə Rusiyanı rus qazını satın almamaqla təhdid etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin özünü başqa ölkələrdən aldığı qazla təmin edə biləcəyini və Türkiyənin Rusiyaya qarşı tətbiq edəcəyi boykotun Rusiya üçün böyük itki olacağını açıqladı. Rusiya ilə birgə atom elektrik stansiyasının da tikintisinə dair müqaviləyə də toxunan Ərdoğan: "Akkuyu Atom Elektrik Stansiyanı ruslar inşa etməzsə başqası edər" dedi.

Rusiya, Ria Novosti İnformasiya Agentliyi: "Rusiyanın Rosatom nüvə enerjisi şirkətinin mətbuat xidmətinin verdiyi açıqlamada şirkətin siyasi hadisələrə baxmayaraq Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı davam və inkişaf etdirmək istədiyi bildirilir. Açıqlamada: "Rosatom, çətin vəziyyətlərdə belə öz öhdəliklərini hər zaman yerinə yetirir. Akkuyu şirkətinin fəaliyyətində hər hansı dəyişiklik yoxdur. Şirkət plan üzrə işlərinə davam edir" şəklində ifadələr var.

Çin, Çin Beynəlxalq Radiosu: "Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Prezident Vladimir Putinə təqdim etdiyi iş hesabatında Suriyadakı əməliyyatlarıTürkiyə və ABŞ tərəfləri ilə əlaqələndirək həyata keçirməyə çalışdıqlarını bildirdi. Vladimir Putin Suriyadakı əməliyyatlar zamanı ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və İraqla əməkdaşlığın davam etdirilməsində maraqlıdır".

Hindistan, Haribhoomi internet saytı: "Rusiya, terror təşkilatı DEAŞ-a qarşı hücumlarına təxminən 1 həftədir davam edir. Bu həftə ərzində Xəzər Dənizində yerləşdirilən rus donanması təqribən min 500 km uzaqlıqdan 26 raket atıb. Mənbələr Suriyada yerləşən 11 DEAŞ hədəfinin vurulduğunu açıqladı. Rusiya Müdafiə Naziri Sergey Şoyqu terror təşkilatında böyük itkilər olduğunu, hücumlarda heç bir mülki şəxsin zərər görmədiyini bildirdi. Xəzər Dənizində yerləşdirilmiş Rus donanması DEAŞ mövqelərini İran və İraqın hava məkanından istifadə edərək vurur".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr