Xarici Mətbuat

Bu günün gündəmi xarici media mənbələrində belə əks olundu:

388420
Xarici Mətbuat


Çin Beynəlxalq Radiosu: "Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Rusiya Federasiyasına məxsus bir qırıcı təyyarənin Oktyabrın 3-ü və 4-də Türk hava məkanını pozduğu bildirildi. Açıqlamada verilən məlumata görə, türk hava qüvvələrinə məxsus iki F-16 təyyarəsinin bölgədə patrul uçuşu etdiyi zaman rus qırıcısılarının Türkiyə hava məkanından Suriyaya hava məkanına keçdiyi təsbit olunub”.
Rusiya, TASS İnformasiya Agentliyi: "NATO-nun rəsmi internet saytında yayımlanan məlumata görə, Baş Katib Jens Stoltenberq rus hərbi təyyarələrinin Türkiyə hava məkanını pozmasını yolverilməz olaraq qiymətləndirib və Rusiyanı NATO ölkələrinin hava məkanlarının sərhədlərinə riayət etməyə dəvət edib".
İspaniya, Europa Press: "Avropa Şurasının Sədri Donald Tusk və Avropa Komissiyası Prezidenti Yan Klod Juncker qaçqın böhranı məsələsi ilə əlaqədar bazar ertəsi günü Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəklər. Avropa İttifaqı miqrantların Avropaya tranzit olaraq keçdiyi əsas ölkələrdən biri olan Türkiyə ilə əməkdaşlığın artırılmasının zəruriliyini vurğuladı və ərazisində iki milyona yaxın Suriyalı qaçqına sığınacaq verən Ankaraya dəstək olmaq üçün iqtisadi yardım daxil olmaqla bir sıra sahədə yardım edilməsi üçün hərəkətə keçməyin lazım olduğunu bildirdi".
Avstriya, Der Standard: "Türk Prezidenti Brüsseldə Aİ-nin öndə gələn adları tərəfindən qarşılandı. Yeni şəhərciklər üçün milyardlıq yardım və sərhəd məntəqələrindəki yoxlama dəstəyi ilə Ərdoğanın qaçqın axınını dayandırması gözlənilir, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Hahn iki həftə əvvəl Türkiyəyə bir milyard avro məbləğində yardım veriləcəyinə söz vermişdi. İndi də Türkiyə Prezidenti Tayyib Ərdoğan ilə koordinasiya ediləcək və növbəti Aİ sammitində qərarlaşdırılacak fəaliyyət planının hazırlanması gözlənilir. Plan Türkiyədə təxminən 2 milyon qaçqın üçün altı yeni şəhərciyin yaradılmasını nəzərdə tutur. Əvəzində, Avropa İttifaqı yarım milyon qaçqını qəbul edəcəyi öhdəliyini götürdü".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr