Xarici mətbuat 09-07-2015
‘‘Suriyalı mühacirlərin sayı 4 milyonu ötüb’’, ‘‘Təbriz-İzmir təyyarə səfərləri başladı’’, ‘‘Rusiya, Srebrenitsa hadisələrinin ‘‘soyqırım’’ olaraq adlandırılmasına qarşı çıxıb’’.
The New York Times: ‘‘Suriyalı mühacirlərin sayı 4 milyonu ötüb’’
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, qonşu ölkələrə məcburi köç edən Suriyalı qaçqınların sayı 4 milyonu ötüb.
Yalnız iyun ayında Türkiyənin himayəsinə sığınanların sayı təxminən 24 min olub. ‘‘Bu da gördüyümüz ən yüksək rəqəmdir’’ deyə BMT qaçqınlar komissarı Antonio Guterres qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının son məlumatlarına görə, Türkiyədəki ümümi Suriyalı qaçqınların sayı 1.8 milyonu ötüb.
Qeyd edək ki, Türkiyəni 1.2 milyon ilə Livan, 629,000 min ilə də İordaniya izləyir.
İran İrna xəbər agentliyi: ‘‘Təbriz-İzmir təyyarə səfərləri başladı’’
İran Şərqi Azərbaycan Əyaləti hava limanlarının Baş Direktoru Mustafa Şəfai, Təbriz-İzmir arasında birbaşa təyyarə səfərlərinin başladığını bildirib.
Şəfai, sərnişinlərin tələbi ilə başladılan səfərin həftənin şəmbə günləri həyata keçməsi gözlənilir deyə vurğulayıb.
İspaniya, El Mundo: ‘‘Rusiya, Srebrenitsa hadisələrinin ‘‘soyqırım’’ olaraq adlandırılmasına qarşı çıxıb’’
BMT Surasının səs vermə mərasimində Rusiya Srebrenitsa qətliyamını qəbul etmədiyini bildirib.
Qeyd edək ki, Serbiya rəhbərliyi daha əvvəl Rusiyaya tətbiq edilən sanksiyalara dəstək verməyi rədd etmişdi. Moskva isə Serbiyanın bu rəftarını unutmadı və bu qərarı aldı.
Səs vermədə, Təhlükəsizlik Şurasının dört üzvü də bitərəf qaldı.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar