Xarici mətbuat 07.07.2015
Xarici mәtbuatın xülasәsini diqqәtinizә çatdırırıq.
İSPANİYA, El Mundo qəzeti- “Yunanıstan böhranına dair Fransanın açıqlaması”
Yunanıstanla razılığa gəlinə biləcəyini vurğulayan Fransa Baş naziri Manuel Valls Yunanıstanın ictimai öhdəliklərinin yenidən qurulmasında bir tabu olmamasının lazımlığını ifadə edib. "Avropa da artıq bu prosesin içərisindədir" deyən Valls Yunan hökumətindən də bir razılaşma əldə olunması üçün əlindən gələn hər şeyi etməsini istədiklərini bildirib.
İRAN, İRNA xəbər agentliyi- "Nüvə müzakirələrində ixtilaflar ciddidir”
İranın Nüvə müzakirə heyətinə yaxın mənbədən verilən məlumata görə İran və 5 + 1 ölkələri arasında ixtilafların daha da ciddiləşib. Mənbə İran və 5 + 1 qrupu xarici işlər nazirləri arasında müzakirələrə toxunaraq ''müzakirələr tərəflər arasında ixtilafların ciddi olduğunu, lakin problemləri həll etmək məsələsində əzmli olduqlarını göstərir '' deyib.
Məlumatda o da bildirilir ki, müzakirələr bu axşam nazir köməkçiləri səviyyəsində davam etdiriləcək .
YUNANISTAN, Kathimerini- "Yunanıstan bankları çərşənbə gününə qədər bağlıdır
Referendum öncəsi iyulun 6-dək bağlanılması planlaşdırılan banklar əlavə olaraq iki gün də bağlı qalacaq. Gündəlik nağd pul çəkilməsinə qoyulan limit 60 avro olaraq davam edir, həmçinin təqaüdçü maaşlarının 120 avroluq qisminin ödənməsi üçün ölkə daxilində 1200 bank şöbəsi xidmət göstərir. Yunanıstanın Banklar Birliyinin rəhbəri Louka Katseli "Banklara likvidlik təmin edəcək olan Avropa Mərkəzi Bankının konfransı hələ keçirilmədiyi üçün bankların bağlı qalma müddətini iki gün də uzatmaq qərarına gəldik" deyə durumla bağlı açıqlama verib".
İNGİLTƏRƏ, The Guardian- "Avrozona rəsmi Afinanı Yunanıstanın borc böhranı mövzusunda ciddi olmağa çağırıb”.
Çağırış Yunan banklarının hələ bağlı olduğu və 19 Avropa İttifaqı liderinin Brüsseldə Yunanıstanın bölgədə qalıb-qalmamasını müzakirə etdiyi bir vaxtda edilib.
Әlaqәli Xәbәrlәr
Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar