Xarici mətbuat 06.07.2015

Yunanıstanda ərzaq təhlükəsi,"İran neft ixracatını ikiqat artıracaq", Nüvə müzakirələrində fikir ayrılıqları

334012
Xarici mətbuat  06.07.2015

Yunanıstan,“Kathimerini”: "Yunanıstanda ərzaq çətinliyi yarana bilər”
Yunanıstanda ərzaq probleminin yaşanıb- yaşanmayacağı bankların nə zaman açılacağından və bank əməliyyatları ilə əlaqədar olaraq qurulan xüsusi məclisin fəaliyyətindən və veriləcək qərarlardan asılıdır. Lakin qida sənayesi üzrə mütəxəssislər həftə içərisində bəzi məhsullar sarıdan çətinlik yaşanmasından narahatlıqlarını bildiriblər. Xüsusilə ət və süd məhsullarında ciddi çətinlik yaşanması gözlənilir, çünki bu məhsulların böyük hissəsi idxal edilir. Konserv və makaron, eyni zamanda təzə meyvə və tərəvəz məhsullarında isə belə bir problemin yaşanacağı gözlənilmir.
İran, İRNA xəbər agentliyinin saytında, "İran neft ixracatını ikiqat artıracaq" başlıqlı xəbərdə, İranın neft nazirinin müavini Mansur Müəzzəminin İrana qarşı sanksiyaların artırılmasından sonra mövcud neft ixracatının ikiqat yüksələcəyini söylədiyini yazır. İRNA-nın xəbərinə görə, Müəzzəmi “Walt Strett Jornal” qəzetinə verdiyi açıqlamada İranın neft ixracatını gündəlik 2 milyon 300 min barrelə qədər yüksəldəcəyini deyib.
İspaniya, El Pais: "C. Kerry:" Fikir ayrılıqları İranla bağlanacaq müqaviləyə mane ola bilər"
ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerry İranla bağlı Vyanada davam edən nüvə müzakirələri haqqında məlumat verərkən bildirib ki, son günlərdə həqiqi mənada irəliləyiş əldə olunmuş vəziyyətdədir, lakin bir sıra "qarışıq mövzular" üzərində hələ də fikir ayrılıqları var. Məsələni çox yaxından izləyən Tehranda isə mütəxəssislər müvəffəqiyyətsizliyin bir variant olmadığına inanırlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr