Xarici mətbuat-02.07.2015

Xarici mətbuatın xülasəsi

329153
 Xarici mətbuat-02.07.2015

İRAN, Mehr Xəbər Agentliyinin "”İran Konsulluğu və Ərzurum Bələdiyyəsi ortaq Quran-ı Kərim tilavət tәdbiri keçirib” başlıqlı xəbərində Ərzurumun mərkəzində açıq havada təşkil edilən Quran-ı Kərim qiraət mərasiminə ərzurumluların böyük maraq göstərdikləri bildirilib. Әrzurumlular məşhur iranlı hafiz Həmid Vəlizadənin Quran-ı Kərim tilavətini dinlәyiblәr. Mərasim bəzi yerli kanallar vasitəsilə yayımlanıb.

YUNANISTAN, “Ta Nea”: Yunanıstan islahat aparacaq kreditorlarla borcun yüngülləşdirilməsini müzakirə edəcək.
Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard avropalı ortaqların borcun azaldılmasını müzakirə etməmişdən əvvəl Yunanıstanın iqtisadi islahatlar həyata keçirməsinin lazım olduğunu söyləyib. Laqard "sizin üçün hansı daha prioritetlidir, Yunanıstanın islahatları, yoxsa borcun yüngülləşdirilməsi?" Fondun başçısı "Yunanıstandakı hökumət nə dərəcədə etibarlıdır" sualına isə "Fond seçilən bütün hökumətləri ortaq olaraq qəbul edir" cavabını verib.
İSPANİYA, “El Mundo” : "Con Kerri diplomatik əlaqələri yenidən başlamaq üçün Havanaya gedəcək".
60 il sonra ilk dəfə ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Havanada Amerika səfirliyin açılış mərasiminə qatılacaq. Respublikaçı konqres üzvü Ros-Lehtinenin sözlərinə görə, Kerri 22 iyul tarixində Havana səfərini gerçəkləşdirəcək.
İNGİLTƏRƏ, “The Guardian”: “Yunanıstan böhranı” başlıqlı yazıda bildirir ki, Berlin Yunanıstanın Baş naziri Aleksis Çiprası öz çevrəsindən kənarda günahkar axtarmaqda ittiham edib. Yunan baş nazirinə yönəldilən bu tənqid Almaniyanın Syriza rəhbərliyi ilə mümkün ola biləcək bir xilasetmə paketi üzərində müzakirəni qəbul etməyəcəyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr