Xarici mətbuat 01-07-2015

Xarici mətbuatın qısa xülasəsini təqdim edirik .

327505
Xarici mətbuat 01-07-2015

ALMANİYA, “Focus”jurnalı- "Türkiyə qonşusu Yunanıstanı böhrandan çıxarmaq üçün kömək əlini uzatmağa hazırdır”

Türkiyənin Baş naziri Əhməd Davudoğlu çərşənbə axşamı günü verdiyi açıqlamada Yunanıstanın böhrandan çıxması üçün ölkəsinin əlindən gələni etməyə hazır olduğunu bildirib. Nümunə olaraq turizm, ticarət və enerji sahələrində əməkdaşlıq təklif edib. Prezidentin sözçüsü jurnalistlərin sualına cavab olaraq Yunanıstanın indiyə qədər Türkiyədən kredit tələb etmədiyini söyləyib. Türkiyə və Yunanıstan uzun illər davam edən soyuq münasibətlərdən sonra son zamanlar yaxınlaşmaya başlayıb. Xüsusilə Qıbrıs mövzusu Yunanıstan və Türkiyə arasında problem olmağa davam edir.

YUNANISTAN, “Ethnos”- "Sintagma meydanında toplanan 20 mindən çox adam" Avropada qalmaq istəyirik "mesajı verib.
Avrozonada qalmanın dəstəklənməsi məqsədi ilə Sintagma meydanında keçirilən nümayişə güclü yağış olmasına baxmayaraq 20 mindən çox adam qatılıb. Nümayişçilər hökuməti müzakirə masasına dəvət edərək özləri də referendumda "bəli" səsi verəcəklərini ifadə ediblər.

RUSİYA, 'Komsomolskaya pravda" qəzeti ölkə xaricinə gedən Rusiya vətəndaşlarının bundan sonra ən az 2 milyon rubl məbləğində tibbi sığorta etdirəcəklərini yazır. Rusiya dövlət başçısının təsdiqlədiyi qanuna görə əgər səfər edən şəxs sığorta etdirilməzsə sağlamlıqla bağlı hər hansı problem ortaya çıxdığı halda xəstəxana xərclərinin müştəriyə, yaxud da onların yaxınlarına aid olacağı barədə məlumatlar turizm agentliklərinə göndərilib. Yeni tənzimləmə mexanizmi xüsusilə Türkiyə və Misir kimi viza ilə səfər edilən ölkələrə aid olduğu ifadə edilir. Qanun rəsmi olaraq 6 ay sonra qüvvəyə minəcək.
İSPANİYA, “La Vanguardia” - "Türkiyə Yunanıstandakı iqtisadi böhranı həll etmək üçün əlindən gələni etmə sözü verdi"
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Yunanıstanın iqtisadi böhranı aradan qaldırmaq üçün rəsmi Ankaranın əlindən gələni edəcəyini söyləyib. Davudoğlu "Yunanıstanın iqtisadi böhranı dəf etməsi üçün əlimizdən nə gəlirsə, turizm, ticarət sahələrində nə etmək lazımdırsa etməyə hazırıq" deyə bildirib. Baş nazir “bu çərçivədə Yunanıstanın iqtisadi problemləri qarşısında birlikdə ata biləcəyimiz addımları qarşılıqlı olaraq müzakirə etmək üçün Yunanıstana gedəcəyik" sözünü verib.

İRAN, “İRNA” AGENTLİYİ- Ruhani: “Nüvə məsələsində hər iki tərəf razılığa gəlmək məcburiyyətindədir”
İran prezidenti Həsən Ruhani ''Nüvə məsələsində razılaşma təmin edildiyi təqdirdə qarşı tərəfin də öhdəliklərini yerinə yetirməsi lazımdır. Onlar razılığa gəldikləri müddətcə biz də razılığa tabe olacağıq, lakin razılığa uyğun gəlmədikləri halda biz onların xəyal etdiyindən daha qısa müddətdə əvvəlki yolumuza geri dönəcəyik'' deyib. Cenevrə və Lozanna müzakirələri çərçivəsində razılaşmanın təmin edilə biləcəyini ifadə edən Ruhani İranın heç bir zaman başqalarını təhdid etmə və kütləvi qırğın silahı istehsalı niyyətində olmadığını bildirib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr