Xarici Mətbuat 24.03.2015

Keçən həftə Türkiyədə yaşananlarla bağlı xarici mətbuatda yer alan xəbərlər

283019
Xarici  Mətbuat  24.03.2015

İngiltərənin - Financial Times qəzeti yazır: Avropa Birliyi tərəfindən uzun zamandır gözlədilən Xəzər dənizi qazının idxal edilməsiyə bağlı planda, Türkiyədə Trans Anadolu Təbii Qaz Boru Xətti layihəsninin inşasına başlanmasıyla irəliləmə qeydə alınıb.

TANAP, AB-nin dəstəklədiyi Cənubi Qaz Dəhlizi üçün əhəmiyyət kəsb edən, Xəzər dənizi enerji ixracatının diversifikasiyası və Avropanın Rusiyadan asılılığını azaltmaq noqteyi nəzərdən planlaşdırılan mövcud boru xəttinin tamamlayıcı hissəsi xüsusiyyətini daşıyır.

Başlanğıcda 3500 km olaraq planlaşdırılan Cənub Qaz Dəhlizi, mavi yanacağı Xəzər dənizindən Azərbaycan sahil xəttinə qədər daşıyacaq.
__

Rusiyanın - Ria Novosti agentliyi xəbər verir: Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Ukraynaya həyata keçirdiyi səfəri zamanı, Ukrayna Dövlət Başçısı Pyort Poroşenko ilə birlikdə, iki ölkə arasında olan 6 milyard dollar ticarət dövriyəsinin 2017-ci ilə qədər 10 milyard dollara, 2023'ü ilə qədər isə 20 milyard dollara çatdırılması barədə qərar qəbul etdiklərini bildirib.

Ərdoğan, həmçinin, Ankara ilə Kiyevin sərbəst ticarətlə bağlı razılaşma imzalamağı planlaşdırtıqlarını da qeyd edib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə, Rəcəb Tayyib Ərdoğanla Ukrayna şirkətlərinin TANAP boru xəttinin inşa işlərinə qoşulması ehtimalı müzakirə etdiklərini bildirib.

Poroşenko həmçinin öz Twitter səifəsində, "Türkiyə prezidenti Ərdoğanla Krım Tatarlarının hüquqlarının qorunması üçün birgə tədbirlər həyata keşirməyə qərar verdik" deyə yazıb.
_

İngiltərənin - Əl Kuds əl ərabi qəzeti yazır: Prezident Rəcəb Tayyib Ərdoğan, "Müdafiə sənayemizi gücləndirərək , öz istehsalımız olan silah sursatla ordumuzu dünyanın və bölgənin ən qabaqcıl güvvəsinə çevirməkdə qərarlıyıq." deyib.

Ərdoğan bu barədə, Hərbi Akademiya Komandirliyinə səfəri zamanı danışıb.


Türk ordusu NATO'un ən böyük ikinci ordusu olaraq , 2014-ci ildə dünyanın ən böyük orduları sırasında səkkizinci sırada yer alıb.
_

ABŞ-AP agentliyi yazır: Avropa Birliyi naziri Volkan Bozkır, Avropalı liderlərin Müsəlman əhalisinin özlərini "çevrənin xaricində" hiss etməmələri üçün hərəkətə keçmələrinin lazım olduğunu bəyan edib.

Bozkır, Avropada yaşayan bir çox müsəlmanın "hazırda olnlara qarşı ayrıseçkilik qoyulduğu fikirində olduglarını" bildirib.

Bozkır, bunun İslam radikalaşmasının və terrorun əsas səbəbi olduğunu vurğulayıb.

Nazir German Marşal Fondunun Brüsseldə təşkil etdiyi forumda, Avropa və digər ölkələrin terrorla mübarizə üçün nələr edilə biləcəyi haqqında danışıb.
_

İspanyanın - Europa Press agentliyi yazır: Prezident Rəcəb Tayyib Ərdoğan, Amerikalı həmkarı Barak Obamaya ölkəsində səhiyyə sahəsində islahat keşirməyi tövsiyə edib.

Ərdoğanın açıqlamasına görə, o bu məsləhəti, İstanbulda Sultanahmet Məscidini ziyarət edərkən Amerikalı turistlərin ondan bu məsələylə bağlı müraciətindən sonra verib.

Prezident həmçinin bir çox Avropalı rəsmilərin, səhiyyə sistemini araşdırmaq üçün Türkiyəyə qəldiklərini və buradakı sistemi ölkələrində tətbiq etmək istədiklərini bildirib.




Etiketlәr:

Әlaqәli Xәbәrlәr