Xarici mətbuat Türkiyədən nələr yazır?
İranın IRIB - İran Radio Televiziya Qurumu, Fransanın AFP və Birləşmiş Ştatların AP agentlikləri Türkiyənin son olaylara münasibətini belə dəyərləndirir.

İranın IRIB - İran Radio Televiziya Qurumu “Qadınlıara istiqamətli şiddət bitməli” proqramında İstanbulda Dünya Qadınlar günü münasibətilə təşkil edilən mərasimdən, dövlət başçısı Ərdoğanın çıxışından fraqmentləri göstərib. Rəcəb Tayyib Ərdoğanın bu sözləri İran tamaşaçılarına da çatdırılıb: "Türkiyə dövlət başçısı olaraq bütün dünyada qadınlara istiqamətli şiddətlə mübarizə məqsədiylə ediləcək hər cür səyi dəstəkləyəcəğəm. Biz bu problemi bundan sonra daha ciddi təqib edəcəyik."
Ərdoğanın qadınlara istiqamətli şiddətin sona çatmasıyla bağlı bir çox işləri dəstəklədiyi və bu məsələni həmişə gündəmdə saxlayacaq qurumların yaradılacağı barədə sözləri də İranın IRIB televiziyasında səslənib.
Fransanın AFP Agentliyi “Suriyalılara görə Avropanı tənqid” başlıqlı materialında yazır: “Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyədə iki milyon suriyalını himayə edərək açıq qapı siyasətini yürütdüyünü söyləyib, Avropanı isə çox məhdud sayda suriyalı qaçqın qəbul etdiyi üçün tənqid edib.
Ərdoğan Qaziantepdəki çıxışında bu barədə belə deyib: "Avropa ölkələri, bilirsinizmi, Suriyadan didərgin düşən neçə nəfəri qəbul edib? Cəmi 200 mini. Amma biz Türkiyə olaraq 2 milyon insanı himayəmizə almışıq. Fərqi görürsünüzmü?"
Fransanın AFP Agentliyi “Türkiyə İraqda savaşa qatılmayacaq” başlıqlı digər məqaləsində yazır:
“Baş nazir Əhməd Davudoğlu New Yorkda mətbuat nümayəndələrinə şərhində bildirib: “Türkiyə İraqdakı terror təşkilatı DAİŞ-ə istiqamətli döyüşlərə qatılmayacaq, amma İraq rəhbərliyinin mübarizəsinə dəstək verir. Yəni Türkiyə İraq və Suriyada heç bir silahlı müdaxiləyə daxil olmayacaq. Mosula hücumu dəstəkləyirik, birbaşa qarşıdurmaya isə girməyəcəyik".
Fransanın AFP Agentliyi daha sonra yazır: “Türkiyə çərşənbə axşamı günü strateji Tikrit şəhərini DAİŞ terroristlərindən geri almağa çalışan İraq Ordusuna hərbi vəsait göndərib. Bu, terroristlərə qarşı beynəlxalq koalisiyaya ilk konkret dəstək olub. Ankaradakı hərbi bir qaynaqdan alınan məlumata görə, göndərilən vəsaitlər silah deyil.”
ABŞ-ın AP Agentliyi isə “Türkiyə BMT-yə müraciət etdi” başlıqlı məqaləsində yazır:
“Baş nazir Əhməd Davudoğlu BMT-nin baş katibi Ban Kimunla görüşündə ona deyib: “2016-ci ilə qədər bu səlahiyyətli vəzifəni daşıyırsınız. Bu müddət ərzində Qıbrızı yenidən birləşdirmək üçün ortaya birlikdə planlar qoyaq. Türkiyə hər zaman Qıbrızda əbədi bir sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır."
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar