XARİCİ MӘTBUAT 25-12-2014

Ötәn həftə Türkiyədə cәrәyan edәn hadisәlәr ilә bağlı xarici mətbuatda әks edәn xəbərləri diqqәtinizә çatdırırıq.

204997
XARİCİ MӘTBUAT 25-12-2014

Ötәn həftə Türkiyədə cәrәyan edәn hadisәlәr ilә bağlı xarici mətbuatda әks edәn xəbərləri diqqәtinizә çatdırırıq.
ABŞ-nın vitse prezidenti Co Biden ilə prezident Rəcəb Tayyib Ərdoğan keçən hәftә 4 saat davam edәn görüş keçirib.
Vitse prezident Co Biden görüşdәn sonra jurnalistlərə verdiyi açıqlamada Ərdoğan ilə İraq və Suriya mövzularını әtraflıca müzakirә etdiklәrini, ABŞ-Türkiyə arasındakı əlaqələrin hәr zamankından daha güclü olduğunu qeyd edib. "Bizim Türkiyəyə, Türkiyənin də bizə ehtiyacı var” deyib.
Prezident Ərdoğan isə Biden ilə digər qlobal məsələlərdәn başqa İraq və Suriya mövzusunu da müzakirә etdiklәrini və bənzər müzakirələrә davam edәcәklәrini açıqlayıb.
The Wall Street Journal qəzeti, Biden qaçqınlar üçün yardım mövzusunu sәslәndirdi başlıqlı xәbәrindә yazıb:
ABŞ vitse-prezidernti Co Biden, Suriyada davam edәn qarşıdurmalardan təsirlənən vətəndaşların qida ilә tәmin edilmәlәri üçün təxminən 135 milyon dollarlıq humanitar yardım ediləcəyini bildirib.
İstanbula sәfәri çәrçivәsindә açıqlama verәn Biden, edәcәklәri yardımla Suriyadakı müdafiəsiz insanlara, Türkiyədəki və digər ölkələrdəki Suriyalılara çatdırılacağını qeyd edib.
Türkiyə hazırda Suriyadan gələn təxminən 1,6 milyon qaçqına ev sahibliyi edir.
İspanya-: La Vanguardia qəzeti, AFRİKA ilә 50 milyard dollarlıq ticarət, titrli xәbәrdә bildirir:
Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Malabo yaxınlarındakı Sipopoda verdiyi açıqlamada, Türkiyənin, Afrika ilə qarşılıqlı ticarət dövrüyәsinin 2018-ci ildə 50 milyard dollara çatmasını gözlədiyini deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə, ötәn hәftә 2-ci Afrika-Türkiyə Zirvə toplantısına qatılan Çavuşoğlu, Afrikanın sürətlə inkişaf etdiyini, bu səbəblə bir çox ölkənin son 10 il әrzindә 4 faizdәn çox iqtisadi böyümədən faydalandığını ifadә edәrәk, Afrikalı siyasətçilərdən istәyib ki, iqtisadi və ictimai sahələrə qadınların iştirakını artırmaq üçün yeni yollar kəşf etsinlәr.
Birləşmiş Ərəb Әmirliklerinin Əl Ərəbiyə Tv-İnternet saytında yerlәşdirilәn ӘlCәzayir-Türkiyə Qaz Sazişi sәrlövhәli mәqalәdә deyilib: ӘlCәzayir ilə Türkiyə arasında təbii qaz satın almağı nәzәrdә tutan bir müqavilə imzalanıb.
Razılaşmaya görә, Əlcəzairdən qaz satın alınması ilә bağlı iki ölkə arasındakı mövcud müqavilənin müddәti 10 il uzadılacaq vә daha әvvәl müәyyәn edilәn qiymәt isә 50 faiz artırılacaq.
Razılaşma, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əlcəzairə etdiyi rəsmi sәfәr çərçivəsində reallaşıb. Prezident Ərdoğan, səfəri zamanı Cәzayir prezidenti Əbdüləziz Buteflika ilə görüşüb. İki lider arasında baş tutan görüşdә Türkiyə- ӘlCәzayir əlaqələri iki ölkәni maraqlandıran mövzular da müzakirә edilib.
İspaniya-Әl Pais qəzeti yazıb: THY 60 min sərnişin daşımağı hədəfləyir. Türk Hava Yolları iki ildir Bilbao-nu dünyanın 261 nöqtəsinə birləşdirir. Bilbao, İstanbuldan gələn gündəlik reys ilә Asiya və Afrika ilә bağlanır. Keçən il şirkətə mәxsus təyyarələr 40 min sərnişin daşıdı. 2014-ün Oktyabrına qədər 50 min nәfәr şirkəti seçərkən, bu rәqәmin il sonuna qədər 60 minə çatması gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr