Xarici Mətbuat 22-10-2014

Ötən həftə Türkiyədə cәrәyan edәn proseslәrlә bağlı xarici mətbuatda dərc olunan bəzi xəbərləri nəzərinizə çatdırırıq.

166094
Xarici Mətbuat 22-10-2014

Ötən həftə Türkiyədə cәrәyan edәn proseslәrlә bağlı xarici mətbuatda dərc olunan bəzi xəbərləri nəzərinizə çatdırırıq.
Qətərin Əl-Cəzirə internet portalı “Əfqanıstana yardımlar davam edəcək” sərlövhəli yazı dərc edib.
Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin Əfqanıstana başda təhsil, siyasi və iqtisadiyyat sahələri olmaqla hər cür yardım edəcəyini açıqlayıb. Bir günlük ziyarəti çərçivəsində Ərdoğan Əfqanıstan prezidenti Əşrəf Qəni Әhmәdzai ilə görüşüb. İki lider arasındakı danışıqlardan sonra ortaq mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Ərdoğan "Türkiyə əvvəldən necə Əfqanıstanın yanında idisə indi də yanında olmağa davam edəcək" deyib. Beynəlxalq Dəstək Qüvvələrinin Əfqanıstandakı missiyasının bu ilin sonunda başa çatacağını dilə gətirən Ərdoğan buna baxmayaraq Türkiyə, ABŞ, Almaniya və İtaliya təhlükəsizlik qüvvələrinin ölkədə qalacağını qeyd edib. Ərdoğan görüşdə iki ölkə arasında siyasi, hərbi və ticarət əlaqələrinin də müzakirə edildiyini bildirib.
Əfqanıstan prezidenti isə Türkiyənin ölkəsinə başda səhiyyə və təhsil sahələri olmaqla hər cür yardım etdiyini açıqlayıb.
Rusiyanın “İtar-Tass” Agentliyi “Təhlükəsiz bölgə” yaradılması haqqında yazıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstan səfərindən sonra jurnalistlərə Suriyanın şimalında təhlükəsiz bölgələrin yaradılmasının bu torpaqların işğal edilməsi mənasını vermədiyini bildirib. Prezident Ərdoğan "Bu, Türkiyəyə sığınan Suriya vətəndaşlarının öz torpaqlarına qayıtmaları üçün bir imkan təmin etməkdir. Bunun üçün orada təhlükəsizliyi təmin etmək lazımdır." deyib.
Fransa-AFP Agentliyi isə: “Obama-Ərdoğan mübarizə sözü” başlıqlı məqalə dərc edib.
Ağ Evdən verilən xəbərə görə ABŞ prezidenti Barak Obamanın prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığında İŞİD-ə qarşı mübarizəni gücləndirməyə dair söz verdikləri ifadə edilib. məlumatda hər iki liderin xüsusilə Kobanidəki vəziyyət və İŞİD-in irəliləməsini dayandırmaq üçün həyata keçiriləcək tədbirlər başda olmaqla Suriyada vəziyyətә dair fikir mübadiləsi apardıqları, ABŞ prezidenti Obamanın Kobanidən bir milyondan artıq qaçqının Türkiyədə sığınacaq tapdığı üçün ölkə başçısına təşəkkür etdiyi bildirilib. İŞİD-ə qarşı mübarizәdә әmәkdaşlığın gücləndirilməsi üçün fəaliyyətin davam etdirilməsi vurğulanıb.
Avstriyanın Der Standard qəzetinin manşetində yer alan məqalə belə adlanır - AB Avstriyaya iddia açır.
AB Komissiyası Türk işçilərin və onların ailələrinin hüquqları ilə əlaqədar olaraq Avstriyaya Avropa Ədalət Divanından iddia açır. AB Komissiyası Avstriyanı konkret olaraq yerləşmə və yaşayış qanununun Avropa Birliyi ilə Türkiyə arasındakı tərəfdaşlıq razılaşmasını pozması səbəbi ilə günahlandırır. AB Komissiyası son olaraq aprel ayında Avstriyanı bu məsələdən dolayı xəbərdar etmişdi. Komissiya Avstriyanın xəbərdarlıqlara baxmayaraq buna əməl etmədiyi üçün artıq Avropa Ədalət Məhkəməsinə müraciət etdiyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr