Xarici mətbuat-08-10-2014
Keçən həftə Türkiyə ilә bağlı xarici mәtbuat vә veriliş orqanlarında әks edәn xәbәrlәrin xülasəsi:
Keçən həftə Türkiyə ilә bağlı xarici mәtbuat vә veriliş orqanlarında әks edәn xәbәrlәrin xülasəsi:
Yaponiyanın “Sankei Shimbun” qəzeti "Türkiyənin mövqeyi dəyişir" sərlövhəli məqalədə yazır:
Türkiyə ABŞ-ın rəhbərliyi altında könüllü ölkələr koalisiyası ilə birlikdə mübarizədə mövqe sərgiləməyə başlayıb. Lakin prezident Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyata qatılmaq üçün Suriyada uçuşa qadağan bir bölgənin yaradılmasının və Suriyanın şimalının təhlükəsiz bir bölgə vəziyyətinə gətirilməsinin zəruri olduğunu bildirib. Hərbi əməliyyatın genişmiqyaslı olması və bunun bütünlüklə beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının çətin olması səbəbindən Türkiyə ilə razılağa gəlmək mövzusunda müvəffəqiyyət əldə olunması sual altındadır-deyə qəzet yazır.
Fransız Xəbər Agentliyi AFP yazır: "Baş qərargah rəisindən dəstək mesajı". Məqalə belə adlanır.
Türk Silahlı Qüvvələrinin Baş qərargah rəisi Necdət Özel Suriya torpaqlarında Türkiyəyə məxsus kiçik bir bölgə olan Süleyman Şah türbəsinin təhlükəsizliyini qoruyan əsgərlərə dəstək mesajı göndərib. Mesajında Türk əsgərlərinə "Tək deyilsiniz" deyən Necdet Özel "Lazım gəldiyi an silahlı qüvvələrimizin dərhal yanınızda olacağından əmin olun" söyləyib.
Prezident Rəcəb Tayyib Ərdoğan da bu bölgəyə ediləcək hər hansı bir hücum qarşılığında "açıq" bir cavab veriləcəyini bildirib.
İngilis xəbər agentliyi Reuters: "Yeni konstitusiya bir prioritetdir" manşetli yazıda bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sisteminə keçmə məqsədindәn imtina edilmәyәcәyinә işarə edərək gələn il keçiriləcək parlament seçkilərindən sonra yeni bir Konstitusiyanın təşkil olunmasının prioritet olduğunu ifadə edib.
Ərdoğan Böyük Millət Məclisin açılışında etdiyi çıxışında bildirib ki, 2015 il seçkilərindən dərhal sonra Məclisdəki bütün partiyalar bir araya gələrək, uzlaşaraq yeni bir Konstitusiya formalaşdırmalıdırlar.
İspan qəzeti La Vanguardiada "Dünyanı fəth etmək istəyir" başlıqlı yazıda bildirilir ki, dünyada beş böyük silah ixracatçısı var: Rusiya, ABŞ, Çin, Fransa və Birləşmiş Krallıq. Türkiyə önümüzdəki 10 il içərisində altıncı ixracatçı olmaq və silah istehsalında dünya sıralamasında ilk onluğa daxil olmaq istəyir.
Müdafiə məsələləri mövzusunda Ankarada təşkil edilən konfransda çıxış edən Avrasiya Müdafiə və Sənaye İxracatçılar Birliyinin rəhbəri Aral Alış Türkiyənin 2023-cü ildə müdafiə sənayesi məhsulları ixracatının 25 milyard dollara çata biləcəyini söyləyib.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar