Xarici mətbuat – 01-10-2014
Ötən həftə Türkiyədə yaşananlarla bağlı xarici mətbuatda yer alan xəbərlər.
Fransa xәbәr agentliyi (AFP)-nin Türkiyə mübarizədən kənarda qala bilməz başlıqlı xәbәrinә görә,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Dünya İqtisadi Forumunda verdiyi açıqlamada Türkiyənin İŞİD təşkilatına qarşı döyüşən beynəlxalq koalisiyanın xaricində qala bilməyəcəyini, bu həftə içərisində əlaqədar şəxslərlə danışıqlar aparacaqlarını, harda olmaq lazımdırsa orda da olacaqlarını, bunun xaricində qalmanın mümkün olmayacağınıqeyd edib.
Avropa Press: Avropanın dəstək əskikliyindən şikayət, titriylә çatdırdığı xәbәrdә bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrindəki İŞİD təşkilatı hücumlarından qaçan Suriyalı qaçqınlar problemi ilə bağlı Avropanın "dəstək əskikliyindən" şikayət edib. Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində etdiyi çıxışında milyon yarım suriyalı qaçqına kömək məqsədilə ölkəsinin 4,5 milyard dollar xərclədiyini ifadə edib. Ərdoğan "Sizdən soruşuram, zəngin və güclü Avropa ölkələrinə nə olub?" sualını verib. Ərdoğanın sözlәrinә görə indiyә qәdәr yalnız 130 min suriyalıya Avropa ölkələri tərəfindən kömək edilib.
Le Figaro yazıb: Ərdoğan təhlükəsiz bölgə yaradılmasını istəyir Sərhədlərinin təhlükəsizliyini möhkəmləndirmək istəyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhədində təhlükəsiz bölgə yaradılmasını tələb edir. Prezident hazırlanan tədbirlərin əhatəsi və tətbiq formasına dair detallar vermədən ölkəsinin "öz sərhədlərini qoruyacağını" açıqlayıb.
İran xәbәr agentliyi İRNA, İŞİD-in dünya üçün təhlükə olduğunu ifadә edәrәk qeyd edib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu İŞİD-i "Dünya üçün bir təhlükə" olaraq xarakterizə edib. Əhməd Davudoğlu Dünya İqtisadi Forumunundakı çıxışında Türkiyənin İŞİD kimi terrorist təşkilatlar qarşısındakı rəftarının dəqiq olduğuna toxunaraq bunları söyləyib: "Bu təşkilatlar dünya və xüsusilə Müsəlmanlar üçün təhdiddir". Davudoğlu İŞİD-in bütün ölkələrdən daha çox Türkiyə üçün böyük təhlükə olduğunu iddia edərək deyib ki, Türkiyədəki siyasətçilərin bu mövzudakı rəftarı dəqiqdir və dəfələrlə açıqlanıb". Baş nazir çıxışında həmçinin Türkiyədəki Suriyalı və İraqlı qaçqınlar məsələsinə də toxunaraq bildirib ki, "Dünyanın hamısı səssiz qalsa, Suriyalı və İraqlı qaçqınlara kömək əlini uzatmasalar da Türkiyə onlara yardımlarını davam etdirəcək".
Əl-Cəzirəsaytına yerlәşdirilәn Dünya ilə əlaqələrini dərinləşdirir başlıqlı mәqalәdә yazıb: Beynəlxalq statistika Türkiyənin ölkə xaricinə etdiyi humanitar yardımlar məsələsində ön sırada dayandığını göstərir. 2014 –cü il üçün Qlobal Humanitar Yardım Hesabatında dəyəri 1,6 milyard dollara çatan yardımlarda Türkiyəyə "ən comərd ölkə" adı verilib. Bu məbləğ Türkiyənin ümummilli gəlirinin 21 faizinə bərabərdir. Hesabatda bildirilir ki, Türkiyə 2012-2013- cü illər arasında ən çox humanitar yardım edən üçüncü ölkə mövqeyində qərarlaşıb. Ölkə hüdudlarından kənara yardımların əhəmiyyətli və əxlaqi məsuliyyət olduğu ifadə edilən hesabatda bu əməllərin Türkiyənin beynəlxalq mövqeyinin güclәnmәsinә töhvә verdiyi vurgulanır.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar