Xarici mətbuat-24-09-2014

Keçәn hәftә Türkiyә ilә bağlı cәrәyan edәn әhәmiyyәtli proseslәrdәn biri olan girovların sәrbәst buraxılmasına dair xәbәrlәr xarici mәtbuat vә veriliş orqanlarında geniş әks edib.

137257
Xarici mətbuat-24-09-2014

Keçәn hәftә Türkiyә ilә bağlı cәrәyan edәn әhәmiyyәtli proseslәrdәn biri olan girovların sәrbәst buraxılmasına dair xәbәrlәr xarici mәtbuat vә veriliş orqanlarında geniş әks edib. 

AFP: Türk girovlar sәrbәt buraxıldı başlıqlı xәbәrdә, Prezident Rəcəb Tayyib Ərdoğanın, İŞİD tərəfindən qaçırılan 46 Türk girovun "diplomatik müzakirələr" nәticәsindә sərbəst buraxıldığını və bunun qarşılığında fidyə ödənmədiyini açıqladığı bildirilib. Dövlәt başçısının "koalisiyaya iştirak etmәmiz istənsə bunu qәbul edә bilәrik. Ancaq daha әvvәl belә bir şey mümkün olmazdı. Çünkü girovlarla bağlı problem həll olunana dәk heç bir şey edə bilməyəcəyimizi dәfәlәrlә ifadә etmişdim” sözlәrinә diqqәt çәkib.
REUTERS, “Әrdoğan, girovların sәrbәst buraxılması üçün fidyә ödәmәdik deyib”, titriylә çatdırdığı mәlumatda, Türk kəşfiyyat səlahiyyətlilərinin, İŞİD tərəfindən üç ay əvvəl İraqın şimalında girov götürülәn 46 konsulluq personalının Türkiyəyə gətirildiyi qeyd edilib. Hadisəni, "gizli bir xilasetmә əməliyyatı" olaraq xarakterizə edәn Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası toplantısına qatılmaq üçün New Yorka sәfәri əvvəlindә mövzu ilә bağlı hava limanında verdiyi açıqlamada, girovların xilas edilmәlәrindә maddi bazarlıq söz mövzusu olmadığını, bunun diplomatik uğur olduğunu ifadә etdiyi vurğulanıb.
Türkiyә Avropa İttifaqına tam hüquqlu üzvlük strategiyasını açıqlayıb. Rәsmi Ankara bildirib ki, Orta Şərqdə və dünyanın başqa yerlərində baş verən böhranlar, Ankara ilə Avropa İttifaqı arasında daha güclüә mәkdaşlıq zәrurәtini doğurur. Türkiyənin strategiyasını ortaya qoyan 12 səhifəlik açıqlamada "Suriyadan Ukraynaya və Orta Şərqdən Şimali Afrikaya qədər olan bölgәlәdә son zamanlarda müşahidә olunan dəyişikliklər, Türkiyə ilə Avropa İttifaqının qlobal və regional təhdidlərə qarşı birlikdə hərəkət etməsini tələb edir. Bu proqram, noyabr ayında qüvvədә olacaq və 'Siyasi islahat , üzvlük Prosesində Sosial-İqtisadi dәyişiklik və Avropa İttifaqı ilә Əlaqə strategiyasına dair addımlar atılacaq” deyә vurğulanıb.
İspaniya-La Vanguardia qәzetindә әks edәn, Türkiyә, Yunanıstanın müdaxil olmasını istədi başlıqlıq mәqalәdә yazıb: Baş naziri Əhməd Davudoğlu, Yunan rәsmilәrdәn, 40 ildir bölünmüş olan Adanın birləşməsinin təmini mәqsәdi ilә Kıbrısda davam edәn müzakirə prosesi ilә daha güclü maraqlanmalarını istəyib.
Baş nazir Әhmәd Davudoğlu, Şimali Kıbrıs Türk cümhuriyyәtinә sәfәri çәrçivәsindә verdiyi açıqlamada Türkiyә və Yunanıstan rәsmilәrinin Kıbrısı ziyarәtlәrinin әhәmiyyәt kәsb etdiyini ifadә edib vә Yunanınstanlı rәsmilәri, adada tәrәflәr arasında davam edәn müzakirә prosesinә daha aktiv iştirak etmәyә sәslәyib. Bunun, dialoqun davamına töhvәsinin olacağına inandığını vurğulayıb.
Çin Xinhua agentliyi, Türkiyәnin Makedoniyaya hәr sahәdә dәstәk verdiyinә diqqәt çәkdiyi xәbәrdә, baş nazir Əhməd Davudoğlunun, Türkiyəni ziyarət edən Makedoniya baş naziri Gruevski ilə keçirdiyi görüşdәn sonra təşkil edilən birgә mətbuat konfransında, Türkiyə ilə Makedoniyanın yalnız siyasi əlaqələri gücləndirmək deyil eyni zamanda ticarət əlaqələri də irәli pillәlәrә çıxarmaq istәdiyini, Makedoniyada yaşayan Türk vətəndaşlarının iki ölkә arasında "dostluq körpüsü" olduğunu, Türk iş adamlarının Makedoniyaya sərmayə qoymaları istiqamәtindә lazımlı addımları atdıqlarını vurğuladığı bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr