Türk qəhvəsi ənənələrinin əsrlər boyu dəyişməz qaldığını bilirsinizmi?

Qəhvə Anadolu torpaqlarına ilk dəfə XVI əsrdə Yəməndən gəlib.

1823150
Türk qəhvəsi ənənələrinin əsrlər boyu dəyişməz qaldığını bilirsinizmi?

Bunları Bilirsinizmi_36_2022

Osmanlı torpaqlarına təxminən 500 il əvvəl daxil olan və sürətlə yayılan qəhvə; tarixi, adını verdiyi binalar, içki və iaşə istehsalında istifadə olunan alətlər, ictimai əlaqələrdəki rolu ilə türk mədəniyyətində mühüm yer tutur.
Qəhvə Anadolu torpaqlarına ilk dəfə XVI əsrdə Yəməndən gəlib. Qısa zamanda sevilib, mənimsənib və yayılıb. Elə Qərb dünyasının qəhvə ilə tanışlığı da türklərin sayəsindədir.

XVII əsrin əvvəllərində Osmanlı torpaqlarına gələn Venesiya tacirləri ölkədə gördükləri bu ətirli və əhval-ruhiyyə yaradan içkini Avropaya aparırlar.

Küçələrdə satılan qəhvə 1645-ci ildə ilk dəfə İtaliyada bir dükanda, yəni kafedə satılmağa başlayır. XVIII əsrin ilk illərindən etibarən isə qəhvə bütün Avropada yayılır.

XVI əsrdən bəri eyni üsullarla hazırlanan və təqdim edilən “Türk qəhvəsi”nin Türkiyə mədəniyyətində xüsusi yeri vardır. Cəmiyyətin hər təbəqəsindən olan insanları ortaq məxrəcdə görüşdürən qəhvə mühüm ünsiyyət vasitələrindən biri olub. Biriylə qarşılıqlı içilən qəhvə başqa içkidən daha çox şey ifadə edir. Belə ki, bir fincan qəhvə bəzən gözəl bir söhbət, bəzən paylaşılan dərd, bəzən də gələcəklə əlaqədar bir xəbərdir. Soruşa bilərsiniz, necə? - Qəhvəni içdikdən sonra fincanı nəlbəkiyə tərs çevirir və bir dilək tuturlar. Daha sonra fincan nəlbəki ilə birgə, dibindəki qəhvə dağılmayacaq şəkildə yenidən tərsinə qoyulur. Tamamilə soyuyunca qəhvənin qum dənələri qalan maye ilə birlikdə fincanın içində müxtəlif cızgilər, şəkillər yaradır, falçılıq həvəskarları da onları gələcəklə bağlayıb maraqlı yozurlar.   
Qəhvə təklif etmək türk adət-ənənələrinin əvəzsiz elementidir. Türk qəhvəsi evlilik öncəsi mərasimlərin dəyişməz tərkib hissəsi, qonaqlara təqdim edilən ləzzət və söhbətləri müşayiət edən içkidir. Zəngin mədəni bazaya əsaslanan türk qəhvəsi 2013-cü ildə YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olub.



Әlaqәli Xәbәrlәr