İlk Türk opera әsәrinin Mustafa Kamal Atatürkün göstәrişi ilə bәstәlәndiyini bilirsinizmi?

Mustafa Kamal Atatürk həmişə sənətə və sənətkara önəm verib.

1427526
İlk Türk opera әsәrinin  Mustafa Kamal Atatürkün göstәrişi  ilə bәstәlәndiyini bilirsinizmi?

 

İlk Türk opera әsәrinin  Mustafa Kamal Atatürkün göstәrişi  ilə bәstәlәndiyini bilirsinizmi?

Mustafa Kamal Atatürk həmişə sənətə və sənətkara önəm verib. Türkiyə Cümhuriyyәtinin ilk illәrindә sәnaye, iqtisadiyyat, tәhsil vә sәnәt sahәlәrindә ciddi adımlar atılıb. 1934-cü ildә Mustafa Kamal Atatürk  bir opera әsәrinin bəstələnməsini xahiş edir. Hәmin dövrdә İran prezidenti Rıza Şax Pәhlәvi Türkiyәyә dәvәt edilir. Sәfәrin detalları dәqiqlәşdikdәn sonra Mustafa Kamal Atatürk qonaq prezidentin  şәrәfinә bir operanın bәstәlәnmәsini xәhiş edir vә mövzusunu  özü seçir. Mәlumata görә, operanın süjeti mәşhur Fars şair Firdovsinin ‘‘Şahnamә’’ әsәrindәn götürülüb.

Qeyd edәk ki, operanı iyirmi yeddi yaşlı Әhmәd Adnan Saygun bәstәlәyib. Saygun әsәrini tәxminәn iki ayda tamamlayır.



Әlaqәli Xәbәrlәr