Xıdır İlyas bayramının Türkiyә vә Makedoniyanın qeyri-maddi mәdәni irsi olduğunu bilirsinizmi?

Xıdır Nәbi bayramı baharın gәlişini qeyd etmәk mәqsәdi ilә hәr il may ayının 6-da keçirilir.

1410295
Xıdır İlyas bayramının Türkiyә vә Makedoniyanın qeyri-maddi mәdәni irsi olduğunu bilirsinizmi?

 

Xıdır İlyas bayramının UNESCO-nun qeyri-maddi mәdәni irslәri siyahısında daxil edildiyini bilirsinizmi?

Xıdır Nәbi bayramı  baharın gәlişini qeyd etmәk mәqsәdi ilә hәr il  may ayının 6-da keçirilir.  Baharın gәlişi kimi qəbul edilәn Xıdır İlyas  bayramı Anadoluda böyük coşqu vә hәyәcanla qeyd olunur.

“Xıdır İlyas”, “Xıdır Nәbi” adlanan bu mərasimlər türk-müsəlman aləmində Xızır Peyğəmbərin (İlyas Peyğəmbərin digər adı) adı ilə bağlıdır. 

Xıdır İlyas bayramı Türkiyәnin bir çox bölgәsindә tәbiәtin oyanması ilә  maddi vә mәnәvi olaraq özlәrini yeni ilә hazırlamaq istәyәn müsәlman vә xristian icmaları tәrәfindәn eyni gündә qeyd olunur.

Xıdır İlyas bayramına  bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır gəlməz, Xızır gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz.

Xıdır İlyas bayramı münasibәtilә nәhәng tonqal qalanır. İnsanlar dualar edәrәk vә mәxnılar oxuyaraq üç dәfә  tonqalın üzәrindәn tullanırlar.

2016-cı ildә Türkiyә ilә Makedoniya ‘‘Bahar şәnliyi’’ adı altında  birgә hazırladıqları  sәnәdlә YUNESKO-ya müraciәt edirlәr. Bu müraciәtdәn sonra yәni 2017-ci ildә Xıdır İlyas bayramı YUNESKO-nun qeyri-maddi mәdәni irslәri siyahısına daxil edilir.



Әlaqәli Xәbәrlәr