Bunları bilirsinizmi?

Avropanın xüsusi muzeylәrindә nümayiş etdirilәn İznik çinisinin nadir bir keramika növü olduğunu bilirsinizmi?

1205446
Bunları bilirsinizmi?

 

Avropanın xüsusi muzeylәrindә nümayiş etdirilәn İznik çinisinin nadir bir keramika növü olduğunu bilirsinizmi?

Bursanın  İznik qәsәbәsi  Osmanlı İmperiyasının önәmli bir çini mәrkәzidir. Burda 1420-ci illәrdәn etibarәn istehsal edilәn çinilәr, başda Bursa olmaqla Osmanlı İmperiyasının hәr tәrәfindә mәscidlәrdә, türbәlәrdә istifadә olunub.

İznik çinisi  digәr çinilәrdәn çox fәrqlәnir. İznik çinisinin xәmirinin tәrkibindә  firit maddәsi mövcuddur. İznik çinisinin başqa bir xüsusiyyәti dә özünәmәxsus tonlarının olmasıdır. Qırmızı vә mavi tonların hakim olduğu bu çinilәr diqqәtlәri cәlb edir.

2018-ci ildә İngiltәrәnin mәşhur ‘‘Kristies’’ hәrracında  15 әsrә aid olan vә İznikdә istehsal olunan  çini boşqab  5.4 milyon funt sterlinqә yәni 39.3 milyon lirәyә satılıb.



Әlaqәli Xәbәrlәr