Bunları bilirsinizmi?

23 aprelin Türkiyə Respublikasının ilk milli bayramı olduğunu bilirsinizmi?

1186727
Bunları bilirsinizmi?

23 aprelin Türkiyə Respublikasının ilk milli bayramı olduğunu bilirsinizmi?

23 aprel uzun müddәt bir-birindәn ayrı iki bayram olaraq qeyd olunub. Bu bayramlardan ilki 23 aprel 1920-ci ildә qeyd olunub.  Türkiyə Böyük Millət Məclisi 1921-ci ildə qəbul etdiyi qərar ilə məclisin açıldığı  günü  Milli Bayram elan edib.

Beləliklə  23 aprel tarixi  Türkiyənin ilk milli bayramının qeyd olunduğu gün olub. Bu bayram  1923-cü ildən etibarәn  Milli Hakimiyyət bayramı kimi qeyd olunub.

Himaye-i  Etfal Cəmiyyəti  1927-ci ildə qәbul etdiyi  qərarla  23 aprel tarixini Uşaq Bayramı elan edib.   Uşaq Bayramı Mustafa Kamal  Atatürkün himayəsində müxtəlif şənliklərlə qeyd olunub. 23 aprel Uşaq Bayramı 1933-cü ildә etibarәn  rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlanıb.

1980-ci ilin 23 aprel tarixindә Türkiyәnin bütün şәhәrlәrindәn  gәlәn uşaqların iştirakı ilә Milli Uşaq Parlamenti yaradılıb. Hәmin il Türkiyәnin Radio vә Televiziya Qurumu TRT 23 aprel tarixinin bütün dünya uşaqları tәrәfindәn qeyd olunan bayram olmasını qarşısına mәqsәd qoyub.

1981-ci ildə edilәn  dəyişikliklə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qəbul edilib.



Әlaqәli Xәbәrlәr