Suriyadakı müxalif qruplar irəliləməyə davam edir
Həmanı nəzarətə götürən müxalif qruplar, Homsa daxil olublar. Məlumata görə, Dera əyalətinin mərkəzi də müxalifətin nəzarətinə keçib
Suriyada xəritə yenidən formalaşdırılır. Həmanı nəzarətə götürən müxalif qruplar, Homsa daxil olublar. Məlumata görə, Dera əyalətinin mərkəzi də müxalifətin nəzarətinə keçib.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejimə qarşı silahlı qruplar arasında qarşıdurma başlayıb. Noyabrın 30-da Hələbin mərkəzinin bir çox hissəsini rejim güclərindən geri alan rejim əleyhdarı qruplar, eyni gündə bütün İdlibi nəzarətinə götürdü.
Rejimə qarşı olan qruplar, dekabrın 5-də baş verən şiddətli toqquşmalardan sonra Həma şəhərinin mərkəzini də ələ keçiriblər. Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı "Azadlıq şəfəqi" əməliyyatı zamanı Tel Rıfat rayonunun mərkəzi terrorçulardan təmizləndi.
Әlaqәli Xәbәrlәr
İraq təhlükəsizlik qüvvələri tərəfindən Kərkükdə İŞİD əməliyyatı keçirilib
Zeqetun vadisinin tamamilə terrorçulardan təmizləndiyi bildirilib
Son bir ayda 52 mindən çox suriyalı Türkiyədən öz ölkələrinə qayıdıb
Türkiyəyə sığınan suriyalılar ölkələrinə qayıtmağa davam edir