Rejim qüvvələri Həma şəhərinin kənarına çəkilib
Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplaşmalar Həma vilayətinin mərkəzini ələ keçirib.
2217519
Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplaşmalar Həma vilayətinin mərkəzini ələ keçirib. Suriya ordusunun verdiyi məlumata görə, rejim əsgərləri Həma şəhərinin kənarına çəkilib. Rejimə qarşı olan qruplaşmalar həmçinin Həma şəhərinin şimal-şərqindəki 66-cı Hava Hücumundan Müdafiə Briqadasını, oradakı hava hücumundan müdafiə sistemlərini və müxtəlif hərbi sursatları ələ keçirib. Silahlı qruplaşmalar həmçinin Həmanın şərqindəki hərbi məntəqəsini və şəhərin şimal-şərqindəki Əl-Hamra sursat anbarlarını da nəzarətə götürüb.